285
Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq
95
illiyi
Lətif Feyzullayev
1918-1987
OKTY
ABR
Lətif Əbdülbaği oğlu Feyzullayev
1918-ci il oktyabr ayının 13-də anadan
olmuşdur.
1939-cu il oktyabr ayının 13-də
Əzim Əzimzadə adına Azərbaycan
Dövlət Rəssamlıq Texnikumuna da-
xil olan Lətif Feyzullayev, buranı
bitirdikdən sonra təhsilini Moskvada
- V.İ.Surikov adına Dövlət Rəssamlıq
İnstitutunun rəngkarlıq fakültəsində
davam etdirmişdir. Bu illərdə o,
müəllimləri Moçalski, Pokarjevski və
Qrabardan təsviri sənətin incəliklərini
böyük həvəslə öyrənmişdir.
Hələ tələbə ikən gələcək rəssam
“Qaçaq Nəbi” və “Qatır Məmməd”
kimi tarixi mövzulu əsərləri ilə res-
publika sərgilərində iştirak etmişdir.
Rəssam Böyük Vətən müharibəsi
illərində hərbi vətənpərvərlik ruhunda
bir sıra əsərlər çəkmiş, hərbi hissələrdə
təbliğat-təşviqat xarakterli plakatların
müəllifi kimi tanınmışdır. O, eyni za-
manda Ə.Əzimzadə adına Azərbaycan
Dövlət Rəssamlıq Texnikumunda da
dərs demişdir.
1944-cü ildə Lətif Feyzullayev ya-
rımçıq qalmış təhsilini davam etdirmək
məqsədilə Moskvaya qayıtmış, elə
həmin il Moskvada təhsil alan Vəcihə
Səmədova ilə ailə qurmuşdur.
1949-cu ildə institutu uğur-
la bitirən gənc rəssam Bakıya qa-
yıtmışdır. Müharibədən sonrakı
illərdə qurub-yaradan insanların
- müharibə qəhrəmanlarının, kənd
zəhmətkeşlərinin, fəhlələrin əməyi
rəssamın əsərlərinin əsas mövzusunu
təşkil etmişdir.
XX əsrin 50-ci illərindən əfsanəvi
Neft Daşlarının istismarına başlanıl-
ması ilə Lətif Feyzullayevin yaradıcı-
lığında Xəzər neftçilərinə həsr olun-
muş yeni, romantik mövzulu silsilə
əsərlər dövrü başlanmışdır. “Vaxta”
(1951), “Küləkli gün” (1957), “Tufan-
dan qabaq” (1959), “Fontan” (1962)
bu silsiləyə aid olan əsərlərdəndir.
Abşeronun özünəməxsus, təkrar-
olunmaz təbiəti rəssamı klassik
mənzərə janrından kənara çıxan, sərt
kontrastları və parlaq rəng üslubu ilə
seçilən bir sıra orijinal mənzərələr ya-
ratmağa sövq etmişdir. “Abşeronda
bahar”, “Buruqlar”, “Yay”, “Abşeron
qumları”, “Qayalar”, “Abşeron bağla-
rı” əsərləri buna bariz nümunədir.
İstedadlı rəssam bir çox maraqlı
portretlərin müəllifi kimi də tanınır.
Buna misal olaraq “Rəssam Vəcihə
Səmədovanın portreti”, “Neftçi Gül-
bala Əliyev”, “Fatimə”, “Qoca”,
“Abşeronun qonağı” və “Güclü”nu
göstərmək olar.
XX əsrin 60-cı illərində Lətif Fey-
zullayevin Bolqarıstana yaradıcılıq
ezamiyyəti çox məhsuldar keçmiş və
rəssam bu ölkə haqqında maraqlı bir
sərgi ilə sənətsevərlər qarşısında hesa-
bat vermişdir.
Abşeron rəngkarlıq məktəbinin
bənzərsiz nümayəndələrindən sayılan,
pedaqoji fəaliyyəti dövründə böyük
bir rəssam nəsli yetişdirən Lətif Fey-
zullayevin əsərləri bu gün də bir çox
muzeyləri bəzəyir və sərgilərdə tama-
şaçıların böyük marağına səbəb olur.
Görkəmli rəssam,
Əməkdar
incəsənət xadimi L.Feyzullayev 1987-
ci ildə vəfat etmişdir.
Dostları ilə paylaş: