Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə352/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   348   349   350   351   352   353   354   355   ...   538
Ə d ə b i y y a t

Ana qoynu [Mətn]: 

hekayələr /G.Hüseynoğlu; 

rеd. А.İsabəyli; rəssam 

Ələşrəf.- Bakı: Şirvannəşr, 

2003.- 16 s.

Məhəbbətdirmi bu?! 

[Mətn]: mənsur şeirlər, 

povestlər, novellalar, 

hekayələr /G.Hüseynoğlu; 

ön söz C.Əhmədov.- Bakı: 

Gənclik, 1996.- 352 s.

Mikayıl Müşfiq [Mətn]: 

fotoalbom /G.Hüseynoğlu.-

Bakı: İşıq, 1999.- 152 s.

Gülhüseyn Hüseynoğlu 

[Mətn] //Azərbaycan yazı-

çıları (XX-XXI yüzillikdə): 

ensiklopedik məlumat kita-

bı.- Bakı, 2011.- S.366-367.

Yusifli, V. Sabir Nuridən 

Gülhüseyn Hüseynoğluna 

ehtiramla [Mətn] /V.Yusifli    

//Ədalət.- 2011.- 23 aprel.- 

S.19.

İ n t e r n e t d ə

www.adam.az

www.anl.az

www.az.wikipedia.org

16

Yazıçı, ədəbiyyatşünas


281

Milli ədəbiyyat 

95 

illiyi

Mirəli Seyidov 

1918-1992

OKTY

ABR

Mirəli Mir Ələkbər oğlu Seyidov 

1918-ci il oktyabr ayının 18-də Qərbi 

Azərbaycanın  İrəvan  şəhərində, fəhlə 

ailəsində anadan olmuşdur. Burada ib-

tidai təhsilini başa vurduqdan sonra, 

1938-ci ildə Bakıda S.Ağamalıoğlu 

adına Hidromeliorasiya Texnikumunu 

bitirmişdir.

1938-1944-cü illərdə İrəvan Dövlət 

Pedaqoji  İnstitutunun Azərbaycan 

bölməsində  təhsil almışdır. Eyni 

zamanda 1941-1945-ci illərdə 

Ermənistan Dövlət Universitetinin 

Şərq  şöbəsində oxumuşdur. Həmin 

illər “Sovet Ermənistanı” qəzeti redak-

siyasında korrektor, ədəbi işçi, Gənclər 

şöbəsinin müdiri, məsul katibin mü-

avini vəzifələrində  işləmiş, mətbuat 

müvəkkili olmuşdur. 

1945-1953-cü illərdə AMEA-nın 

Nizami adına  Ədəbiyyat Muzeyinin 

Orta  əsrlər Azərbaycan  ədəbiyyatı 

şöbəsinin müdiri, 1953-1960-cı illərdə 

Nizami adına Dil və Ədəbiyyat İnsti-

tutunda baş elmi işçi, 1960-1967-ci 

illərdə  ədəbi  əlaqələr  şöbəsində baş 

elmi işçi, 1967-1980-ci illərdə şöbə mü-

diri, 1980-1988-ci illərdə Azərbaycan 

mifologiyası  və orta əsrlər folkloru 

şöbəsinin müdiri, 1987-ci ildən insti-

tutun Xalq yaradıcılığı şöbəsində apa-

rıcı elmi işçi kimi çalışmışdır. 

1982-ci ildə Türkiyədə keçirilən 

4-cü türkoloji konqresdə Sovet 

nümayəndə heyətinin tərkibində ol-

muş, “Azərbaycan mərasimlərində te-

atr ünsürləri (Yuğ mərasiminə əsasən)” 

mövzusunda məruzə etmişdir. 

Ədəbi fəaliyyətə 1941-ci ildə “Sovet 

Ermənistanı” qəzetində çap etdirdiyi 

rəy və oçerklərlə başlamışdır. Həmin 

dövrdən mətbuatda vaxtaşırı  çıxış 

etmişdir. 1969-cu ildə “Azərbaycan-

erməni  ədəbi  əlaqələri (ən qədim 

dövrdən XVIII əsrin sonunadək)” 

mövzusunda doktorluq dissertasiyası 

müdafiə etmişdir. “Azərbaycan mifolo-

giyası Azərbaycan xalqının mənşəyini 

öyrənməkdə bir mənbə kimi” möv-

zusunda tədqiqat üzərində çalışmış, 

1969-cu ildə filologiya elmləri dokto-

ru, 1973-cü ildə professor olmuşdur. 

Ümumittifaq türkoloji müşavirə və 

konfranslarda iştirak etmişdir. 

1976-cı ildən Azərbaycan Yazı-

çılar Birliyinin üzvü, 1983-cü ildə 

Azərbaycanın  Əməkdar elm xadimi, 

1992-ci ildə Azərbaycan milli yaradı-

cılıq akademiyasının müxbir üzvü ol-

muşdur.

1992-ci il aprel ayının 26-da Bakı-

da vəfat etmiş, ikinci Fəxri Xiyabanda 

dəfn olunmuşdur. Yaşadığı binanın di-

varına xatirə lövhəsi vurulmuşdur.


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   348   349   350   351   352   353   354   355   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin