289
Teatr.Kino
130
illiyi
Mirzağa
Əliyev
1883-1954
OKTY
ABR
Mirzağa Əli oğlu Əliyev 1883-cü il
oktyabr ayının 25-də Bakının Hövsan
qəsəbəsində kəndli ailəsində doğulmuş-
dur. İlk təhsilini mollaxanada almış,
Bakıda rus-müsəlman məktəbini bitir-
mişdir. 1901-ci ildə səhnə fəaliyyətinə
həvəskar kimi Nəcəf bəy Vəzirovun
“Müsibəti Fəxrəddin” əsərində Şah-
mar bəy rolunun ifası ilə başlamışdır.
Azərbaycan teatr xadimlərindən Nəcəf
bəy Vəzirov və Cahangir Zeynalov
onun aktyor kimi yetişməsinə təsir
göstərmişdir.
Mirzağa
Əliyev 1906-1907-ci
illərdə “Həmiyyət” teatr truppasının
rəhbəri və aktyoru olmuşdur. Bu trup-
pa, əsasən, fəhlə rayonlarında tamaşa-
lar vermişdir.
1907-1912-ci illərdə “Nicat”
cəmiyyətinin teatr truppasında çıxış
etmişdir. 1912-ci ildə çar rejimini ifşa
edən çıxışlarına və ictimai fəaliyyətinə
görə Həştərxana sürgün olunmuşdur.
1912-1916-cı illərdə Volqaboyu
şəhərlərində, Tbilisidə, İrəvanda, İran
və Türkiyənin bir sıra şəhərlərində ta-
maşalar vermişdi. Üzeyir Hacıbəylinin
“Arşın mal alan”, “O olmasın, bu ol-
sun”, “Ər və arvad” Z.Hacıbəylinin
“Əlli yaşlı cavan”, “Evliykən subay”
komediyaları teatrın daimi repertua-
rında olmuşdur.
1916-cı ildə Bakıda tamaşaya qo-
yulmuş “Ölülər” (Cəlil Məmməd-
quluzadə) komediyasındakı İsgəndər
rolu onun yaratdığı klassik obrazlar
silsiləsinə daxildir.
M.Əliyev Bakı Azad Tənqid Təbliğ
Teatrının təşkilatçısı olmuş, burada
aktual mövzulu kupletlərdə çıxış et-
mişdir. 1924-cü ildən ömrünün so-
nuna qədər Azərbaycan Dövlət Dram
Teatrında çalışmış, Azərbaycan səhnə
realizmi ənənələrini davam etdirmiş-
dir. Mirzağa Əliyev fitri komediya is-
tedadına, milli koloritə, ifadəli yumor
boyaları və zəngin səhnə nüanslarına
malik aktyor olmuşdur.
O, kino aktyoru kimi də məşhur
olmuş, “Arşın mal alan”da Süley-
man bəy, “Bismillah”da Molla Mirzə
Əbdürrəhim, “Müxtəlif sahillərdə”
filmində Amerikan Fəhləsi, “Hacı
Qara”da Hacı Qara, “Məhəbbət
oyunu”nda VVAQ müdiri və başqa
filmlərdə müxtəlif rollarda maraqlı ob-
razlar yaratmışdır.
1943 və 1948-ci illərdə SSRİ Dövlət
Mükafatı laureatı olmuş, 1949-cu ildə
“SSRİ Xalq artisti” adı almış, “Qırmı-
zı Əmək Bayrağı” ordeni ilə təltif edil-
mişdir.
Mirzağa Əliyev 1954-cü il oktyabr
ayının 25-də Bakıda vəfat etmişdir.
Anadan olduğu Hövsan qəsəbəsindəki
mədəniyyət evi, Bakının Yasamal ra-
yonundakı küçələrdən biri görkəmli
aktyorun adını daşıyır.
Dostları ilə paylaş: