Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə359/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   355   356   357   358   359   360   361   362   ...   538
Ə d ə b i y y a t

Elçin. Daima təzə-tər me-

lodiyalar...[Mətn]: (Gülarə 

Əliyevanı xatırlayarkən)      

/Elçin //525-ci qəzet.- 2010.- 

24 yanvar.- S.4.

Nəbioğlu, A.Dan ulduzu, 

susma [Mətn] /A.Nəbioğlu //

Olaylar.- 2009.- 7oktyabr.- 

S.10.

Nizamiqızı, H. Sönməyən 

ulduzun nağılı və ya “Dan 

ulduzu”ndan düşən işıq 

[Mətn] /H.Nizamiqızı          

//Mədəniyyət.- 2012.- 11 

yanvar.- S.5.

Yuxularımın qonağı 

ol, ay ana!!! Gülarə 

Əliyeva [Mətn] /Əfşani N.                

//Məhəbbət harayı.- Bakı, 

2002.-S. 322-323.

Zeynallı, S. “Gülarə 

Əliyeva sağ olsaydı, mən bu 

günə qalmazdım” [Mətn] 

/S.Zeynallı //Mövqe .-2011.- 

15 aprel.- S.13.

İ n t e r n e t d ə

www.adam.az

www.anl.az

www.az.wikipedia.org

www.medeniyyet.az

www.mugam.musigi-dunya 

7

Pianoçu


288

Musiqi.Opera.Balet

60 

illiyi

Səxavət Məmmədov

 1953-1991

OKTY

ABR

Səxavət Əmirxan oğlu Məmmədov 

1953-cü il oktyabr ayının 23-də Ağda-

mın Abdalgülablı  kəndində dünyaya 

göz açmışdır. Uşaqlıqdan, muğamlara 

olan hədsiz sevgisi, onu xanəndəliyə 

gətirib çıxarmış, məlahətlə oxuduğu el 

havaları və təsniflər onu əvvəlcə doğ-

ma kəndinin, sonra isə bütün Qaraba-

ğın sevimlisinə çevirmişdi.

Səxavət Məmmədovun professio-

nal sənət yolu 1970-ci illərdən başla-

mışdır. O, əvvəlcə  Asəf Zeynallı adına 

Orta ixtisas musiqi məktəbinin muğam 

sinfində, daha sonra isə Azərbaycan 

Dövlət Mədəniyyət və  İncəsənət 

Universitetində  təhsil almışdır. Mu-

ğam sənətinin incəliklərini görkəmli 

muğam ustası, xanəndə Hacıbaba Hü-

seynovdan öyrənmişdi.

O, qədim xalq mahnılarına, aşıq 

havalarına diqqət yetirərək, onları öz 

repertuarına daxil etmiş, unudulmuş 

melodiyalara öz ifası ilə yeni həyat 

vermişdi. Onun xarici ölkələrdə qast-

rol səfərləri də çox olmuş, Fransada, 

Almaniyada,  İsraildə, Avstriyada, Ni-

karaquada, Hindistanda konsertləri 

böyük müvəffəqiyyətlə keçmişdi. 

Xanəndənin muğam və  təsnif-

lərindən ibarət diskləri geniş yayıl-

mışdır. Görkəmli Azərbaycan xanən-

dəsi Səxavət Məmmədovun səs 

xəzinəsinin ilk nəşri olan “Azad bir 

quşdum” diski 2003-cü ildə Kiyevdə 

hazırlanaraq muğamsevərlərə  təmən-

nasız paylanmışdır.

Yüksək keyfiyyət və  tərtibatı ilə 

seçilən “Səxavətli muğamlar” diski 

Ukraynanın paytaxtı Kiyevdə yerləşən 

nüfuzlu studiyaların birində hazırlan-

mışdır. 


2008-ci ildə xanəndənin 55 illiyi 

münasibətilə “Səxavətli xalq mahnıla-

rı və təsniflər”, “Səxavətli görüntülər”, 

“Səxavətli segahlar”, “Səxavətli yazı-

lar” disklər də hazırlanmışdır.

Öz ifaçılıq üslubunda Qarabağ 

xanəndələrinin  ənənələrini yaşadan 

Səxavət Məmmədov həm də özünə-

məxsus oxu tərzi ilə  fərqlənmişdir. 

O, səsinin incə çalarları ilə oxudu-

ğu muğamlarda yeni cizgilər açmağa 

nail olmuşdur. Səxavət Məmmədovun 

yaradıcılığında xüsusilə, “Rast”, 

“Şahnaz”, “Mirzə-Hüseyn Sega-

hı” muğam dəsgahları, “Heyratı”, 

“Səmayi-Şəms” zərbi muğamları 

bənzərsiz keyfiyyətlərə malikdir.

Xanəndə  Səxavət Məmmədov 

1991-ci il sentyabr ayının 30-da avto-

mobil qəzasında faciəli şəkildə dünya-

sını dəyişmişdir.


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   355   356   357   358   359   360   361   362   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin