Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə358/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   354   355   356   357   358   359   360   361   ...   538
Ə d ə b i y y a t

Azərbaycan bəzək sənəti 

= Azerbaijan Dekorati-

on [Mətn] /R.Əfəndiyev, 

T.Əfəndi.- Bakı: [s.n.], 

2002. - 80 s. 

 Azərbaycan incəsənəti 

[Mətn] /R.Əfəndiyev; bur.

məsul Ə.Güləliyev; tərt. rəs. 

N.Əliyeva.- Bakı: Şərq-

Qərb, 2007.- 160 s.

Rasim Səməd oğlu 

Əfəndiyev [Mətn]                 

//Azərbaycan.- 2010.- 14 

fevral.- S.4.

İ n t e r n e t d ə

www.adam.az 

www.anl.az

www.az.wikipedia.org

www.csl-az.com

www.elm.az

www.elibrary.az

www.science.gov.az

30

Sənətşünas


287

Musiqi.Opera.Balet

80 

illiyi

Gülarə Əliyeva 

1933-1991

OKTY

ABR

Gülarə  Əziz qızı  Əliyeva 1933-cü 

il oktyabr ayının 7-də Bakıda anadan 

olmuşdur. 1955-ci ildə Azərbaycan 

Dövlət Konservatoriyasını bitir-

mişdir. Səid Rüstəmov adına Xalq 

Çalğı Alətləri Orkestrində, eləcə  də 

Ə.Dadaşov adına Xalq Çalğı Alətləri 

ansamblında çalışmışdır. 1966-cı ildən 

özünün təşkil etdiyi “Dan ulduzu” ins-

trumental ansamblının rəhbəri, həm də 

fortepiano partiyasının ifaçısı olmuş-

dur.

1966-cı ildə sənətşünaslıq namizədi 



elmi adını, 1977-ci ildə isə “Əməkdar 

incəsənət xadimi” fəxri adını almışdır.

Eyniadlı muğamlar 

əsasında 

“Şüştər” rapsodiyası, “Humayun” sü-

itası, “Bayatı-kürd”, “Şur” fantaziya-

larının müəllifi olmuş, ansambl üçün 

bir sıra xalq mahnısını aranje etmişdir. 

Gülarə xanımın sənətə münasibətində 

sidq-ürəkdən gələn məhəbbət və 

həssaslıq var idi və bu məhəbbət onun 

istedadının tərkib hissəsi idi, buna görə 

də onun sənəti, onun yaratdığı və bədii 

rəhbəri olduğu “Dan ulduzu” ansamb-

lının ifası Azərbaycan milli estradası-

nın, ümumiyyətlə, ifaçılıq sənətimizin 

çox effektli bədii-estetik uğurlarından 

biri olmuşdur.

Ansambl ilə birgə Əlcəzair, Suriya, 

Livan, Anqola, İtaliya, Bolqarıstan, 

Efiopiya,  İsveçrə, Hindistan, Finlan-

diya və s. xarici ölkələrdə  çıxış et-

mişdir. Gülarə xanımın virtuoz ifası, 

“Dan ulduzu” instrumental ansamblı-

nı böyük ustalıqla idarə etməsi, ifaçı-

ların məharəti və  səhnə  mədəniyyəti, 

səsləndirilən  əsərlərin zəngin bədii-

estetik səviyyəsi xarici ölkələrdə tama-

şaçıları heyrətə salmış və Azərbaycan 

haqqında bu ölkələrdə mövcud olan 

informasiya blokadasını dağıtmaqda, 

ölkəmiz haqqında, o dövrdə baş verən 

hadisələr barədə obyektiv təsəvvürün 

yaranmasında belə qastrol səfərlərinin, 

möhtəşəm konsertlərin, konkret olaraq 

Gülarə xanımın ciddi xidmətləri ol-

muşdur.

Azərbaycan Mədəniyyət və 

İncəsənət Universitetində pedaqo-

ji fəaliyyət göstərmiş, 1966-1988-ci 

illərdə Musiqi nəzəriyyəsi kafedrası-

nın müdiri olmuşdur. “Dan ulduzu” 

ansamblına onun adı verilmişdir.

Görkəmli pianoçu Gülarə  Əliyeva 

27 iyul 1991-ci ildə Bakıda faciəli 

şəkildə dünyasını dəyişmişdir.




Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   354   355   356   357   358   359   360   361   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin