283
Milli ədəbiyyat
65
illiyi
Ağarəhim Rəhimov
1948
OKTY
ABR
Ağarəhim Nüsrət oğlu Rəhimov
1948-ci il oktyabr ayının 26-da Ucar
rayonunun Boyat kəndində anadan ol-
muşdur.
Burada kənd orta məktəbini
bitirdikdən sonra 1967-1972-ci illərdə
Həsənbəy Zərdabi adına Gəncə
Dövlət Pedaqoji İnstitutunun ibtidai
təhsilin pedaqogikası və metodikası
fakültəsində təhsil almışdır.
Əmək fəaliyyətinə
təyinatla
göndərildiyi Ucar rayonu Boyat kənd
orta məktəbində müəllim kimi başla-
mış, 1972-1976-cı illərdə dərs hissə
müdiri işləmişdir.
1976-1992-ci illərdə Bakı şəhərində
Azərbaycan Elmi-Tədqiqat Pedaqo-
ji Elmlər İnstitutunda elmi işçi, şöbə
müdiri olmuşdur. 1985-ci ildə elmlər
namizədi, 1993-cü ildə pedaqoji elmlər
doktoru elmi dərəcəsi və professor
elmi adını almışdır. 1992-ci ildən özü-
nün yaratdığı Bakı Ali Pedaqoji Qızlar
Seminariyasının rektorudur.
1998-ci ildən Azərbaycan Yazıçılar
İttifaqının üzvüdür.
Dövri mətbuatda elmi-pedaqoji
məqalələri və nəsr əsərləri vaxtaşı-
rı dərc olunur. 50-yə yaxın kitab və
kitabçaları vardır: “Azərbaycan dili
dərslərində şagirdlərin şifahi mono-
loji nitqinin inkişafı”, “Azərbaycan
dilində sintaksisin tədrisinin nəzəri və
praktik əsasları”, “İbtidai siniflərdə
ana dilinin tədrisi metodikası” və digər
elmi-pedaqoji əsərləri, “Yaddaşda ya-
şar xatirələr” (1997), “Gəmiqayada
qoşa məzar” (1997), “Canavar balası”
(1998), “Qoşa qanad” (1998), “Ovlaq
keçidi” (1999), “Mənim ikili dünyam”
(1999) kitablarında hekayə, povest,
pyes və romanları toplanmışdır.
Yaradıcılığında etik fəlsəfə
sahəsində tədqiqatlar xüsusi yer tutur.
“Allahla ünsiyyət” (1997), “Ölüm və
ölməzlik” (1998), “Zəka simfoniyası”
(1999) və s. əsərləri bu qəbildəndir.
“Əsgər anası”, “Məhəbbət və cinayət”
pyesləri tamaşaya qoyulmuşdur.
“Canavar balası”, “Qırmızı qar”
kinossenariləri əsasında bədii filmlər
çəkilmişdir.
Dostları ilə paylaş: