Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə351/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   347   348   349   350   351   352   353   354   ...   538
Ə d ə b i y y a t

Seçilmiş əsərləri [Mətn]: 

2 cilddə /Məmməd 

Araz; ön sözün müəl. 

Y.Qarayev, tərt. ed. 

G.Fətəli qızı.- Bakı: 

Lider, 2004.- C.1.- 224 

s.; C.2.- 232 s.

Publisistika: I kitab 

[Mətn] /Məmməd Araz; 

tərt. ed. G.Fətəli qızı; 

red. Q.Əzizxanlı.- Bakı: 

Adiloğlu, 2001.- 438 s.

Eminalıyev, E. Məmməd 

Araz [Mətn] /Eyvaz 

Eminalıyev; elmi red. 

K.Əliyev; rəyçi və ön 

sözün müəl. S.Qəniyev.- 

Bakı: Səda, 2006.- 130 s.

Fətəli qızı, G. Məmməd 

Arazlı günlərim [Mətn] 

/G.Fətəliqızı; red. 

Q.Əzizxanlı.-Bakı: 

Zəkioğlu, 2008.- 216 s. 

İ n t e r n e t d ə

www.adam.az

www.az.wikipedia.org

www.azadliq.org

www.memmedaraz.az

14

Şair


280

2

Milli ədəbiyyat 

90 

illiyi

Gülhüseyn Hüseynoğlu

1923

OKTY

ABR

Gülhüseyn Hüseyn oğlu Abdul-

layev 1923-cü il oktyabr ayının 16-

da Azərbaycanın Masallı rayonunun 

Mollaoba kəndində anadan olmuş-

dur. 3-4 yaşında ikən ailəsi Bakıya 

köçdüyündən orta təhsilini Bakıda al-

mışdır. 1947-ci ildə Azərbaycan Dövlət 

Universitetinin (indiki BDU) filologi-

ya fakültəsini bitirmiş, aspiranturaya 

qəbul olmuş, lakin şəxsiyyətə pərəstiş 

dövründə həbs olunmuş, 25 il azadlıq-

dan məhrum edilmişdir. 1956-cı ildə 

ona tam bəraət verilmiş, yenidən as-

piranturaya bərpa edilmişdir. Aspiran-

turada təhsilini tamamladıqdan sonra 

ADU-da müəllim saxlanmışdır. 1988-

ci ildən universitetin Azərbaycan sovet 

ədəbiyyatı kafedrasının professoru, fi-

lologiya fakültəsi elmi şurasının üzvü 

olmuşdur. Gülhüseyn Hüseynoğlu 

ədəbiyyata müharibə illərində gəlmış, 

“Ana” adlı ilk hekayəsi 1944-cü ildə 

“Ədəbiyyat qəzeti”ndə çap olunmuş-

dur. Sonra müharibə mövzusunda “Ağ 

kələğayı” hekayəsi, 1946-cı ildə isə 

“Bənövşə  əfsanəsi” adlı ilk mənsur 

şeiri nəşr edilmişdir. 1958-ci ildən 

Azərbaycan Yazıçılar Birliyinin üzvü-

dür.


Görkəmli Azərbaycan  şairi Mika-

yıl Müşfiq yaradıcılığının tədqiqatçısı 

olmuş, elmi monoqrafik  əsərin, çox-

lu tədqiqat xarakterli məqalələrin 

müəllifidir. Oçerk, povest və elmi-

tədqiqat əsərləri yazsa da, bədii yaradı-

cılığında mənsur şeir və hekayə başlıca 

yer tutur. Onun hekayə  və povestləri 

lirik-psixoloji nəsrimizin inkişafında 

mühüm rol oynamışdır. “Nigarançılı-

ğın sonu” adlı hekayəsi bu janrın XX 

əsrdəki  ən gözəl nümunələrindən biri 

hesab edilir. Gülhüseyn Hüseynoğ-

lu nəsrinin dili həm gözəl və  mənalı, 

həm də sadə  və poetikdir. Odur ki, 

hadisələrin izahı inandırıcı  və vale-

hedicidir. Yazıçı seçdiyi mövzuların 

hamısına eyni həssaslıqla yanaşır, 

onları özünəməxsus ustalıqla işləyir. 

Məzmunun oxucu tərəfindən asan-

lıqla qavranılması üçün bir-birindən 

fərqli, bir-birindən düşünülmüş  ədəbi 

priyomlar işlədir. “Xəzərin qoynun-

da”, “Bir ömrün çıraqları”, “Poylunun 

gənc çobanı”, “Etiraf”, “M.Müşfiqin 

yaradıcılıq yolu”, “Kişi kimi”, 

“Məhəbbətdirmi bu” adlı 30-a yaxın 

kitabı kütləvi tirajla buraxılmışdır. 

Əsərləri bir sıra xarici dillərə tərcümə 

edilmişdir.

Ədəbiyyat sahəsindəki xidmətlərinə 

görə 2005-ci ildə “Azərbaycan Res-

publikasının Xalq yazıçısı” fəxri adına 

layiq görülmüşdür.




Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   347   348   349   350   351   352   353   354   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin