284
5
Milli ədəbiyyat
65
illiyi
Əli Əmirli
1948
OKTY
ABR
Əli Məmməd oğlu Əmirov (Əli
Əmirli) 1948-ci il oktyabr ayının 30-da
Ağdam rayonunun Novruzlu kəndində
anadan olmuşdur. Ağdamda 1 saylı
orta məktəbi bitirdikdən sonra Bakı-
da Elektrik maşınqayırma zavodunda
fəhlə işləmiş, 1967-1972-ci illərdə in-
diki BDU-nun filologiya fakültəsinin
axşam şöbəsində təhsil almışdır.
1971-ci ildən ədəbi yaradıcılıqla
məşğul olur. “Meydan”, “Axirətdən
qabaq gəzinti”, “Ölü doğan şəhər”
romanlarının, ümumiyyətlə, hekayə,
povest və romanlardan ibarət 7 kitabın
müəllifidir. 1981-ci ildən Azərbaycan
Yazıçılar İttifaqının üzvüdür.
Əli Əmirli 1990-cı ildən başlayaraq
dramaturji yaradıcılıqla məşğuldur.
Məşhur “Bala - başa bəla”, “Köhnə
ev”, “Ağqoyunlular və qaraqoyunlu-
lar”, “İyirmi ildən sonra”, “Varlı qa-
dın” və s. pyeslərin müəllifidir. Onun
iyirmidən çox pyesi ölkənin əksər te-
atrlarında, o cümlədən Akademik Milli
Dram Teatrında, Musiqili Komediya,
Gənc Tamaşaçılar, Gənclər Teatrla-
rında, habelə, Sumqayıt, Gəncə, Şəki,
Lənkəran, Qazax, İrəvan, Mingəçevir,
Qusar Dövlət Teatrlarında tamaşa-
ya qoyulmuşdur. Ə.Əmirlinin “Onun
iki qabırğası” komediyası Tbilisidə,
“Varlı qadın” pyesi isə Tacikistanda
V.Mayakovski adına Dövlət Rus Dram
Teatrında (rus dilində) və Vohidov adı-
na Tacikstan Dövlət Gənclər Teatrında
tacik dilində tamaşaya hazırlanmışdır.
Vohidov teatrının tacik dilində hazır-
ladığı tamaşa Almaatada keçirilmiş
Yaxın Şərq ölkələrinin II Beynəlxalq
Teatr festivalında iki nominasiya üzrə
mükafata və qızıl medala layiq görül-
müşdür. Elə həmin festivalda digər
teatrların diqqətini cəlb edən “Var-
lı qadın” 2009-cu ildə Qırğızıstanın
paytaxtında A.Umuraliyev adına Biş-
kek şəhər Dram teatrında rus və qır-
ğız dillərində tamaşaya qoyulmuşdur.
Dramaturqun əsərləri rus, türk, tacik,
qazax, qırğız və sair dillərə tərcümə
olunmuşdur. Ə.Əmirlinin 1993-cü
ildə yazdığı “Bala bəla sözündəndir?”
komediyası əsasında çəkilmiş “Bala -
başa bəla” televiziya tamaşası (1995-
ci il) Azərbaycan televiziyası (AzTV)
və ölkənin digər televiziya kanalları ilə
dəfələrlə nümayiş etdirilmiş və böyük
populyarlıq qazanmışdır. Yaradıcılıq
uğurlarına görə Əli Əmirli 2000-ci
ildə “Humay İlahəsi” ictimai mükafa-
tına layiq görülmüşdür.
2006-cı ildə “15 pyes” adlı kitabı
nəşr edilmişdir.
Onlarla hekayəsi, povest və
romanları dövri mətbuatda, o
cümlədən “Azərbaycan”, “Ulduz”,
“Литературный
Азербайджан”
jurnallarında dərc edilmişdir.
“İldırımötürən”, “Axirətdən qabaq
gəzinti”, “Haram”, “Meydan”, “So-
nalar gölü”, “Bir il”, “Ərizə”, “Tapan-
ça”, “Ölü doğan şəhər” kimi roman
və povestlərin və iyirmidən yuxarı
hekayənin müəllifidir.
Ə.Əmirli 1999-cu ildən pedaqoji
fəaliyyətlə də məşğuldur. Hazırda o,
Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin Ədəbi yara-
dıcılıq kafedrasının dosentidir.
Dostları ilə paylaş: