Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə357/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   353   354   355   356   357   358   359   360   ...   538
Ə d ə b i y y a t

Feyzullayev Lətif Əbdülbaği 

oğlu[Mətn] //Azərbaycan 

Sovet Ensiklopediyası: 10 

cilddə.- Bakı, 1986.- C.9.- 

S.518.

İ n t e r n e t d ə

www.anl.az

az.wikipedia.org

13

Rəssam


286

Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq

8

85 

illiyi

Rasim Əfəndiyev

1928-2010

OKTY

ABR

Rasim Səməd oğlu  Əfəndiyev 

1928-ci il oktyabr ayının 30-da Qazax 

rayonunda anadan olmuşdur. 

O, Bakı  şəhərində orta məktəbi 

bitirdikdən sonra 1944-1950-ci illərdə 

Əzim  Əzimzadə adına Azərbaycan 

Dövlət Rəssamlıq Məktəbində oxu-

muş, 1950-1955-ci illərdə isə Repin 

adına Leninqrad Dövlət Rəssamlıq 

İnstitutunun incəsənət nəzəriyyəsi və 

tarixi fakültəsində ali təhsil almışdır.

Əmək fəaliyyətinə 1955-ci 

ildən Azərbaycan Dövlət  İncəsənət 

Muzeyində Azərbaycan və  Şərq 

incəsənəti şöbəsinin müdiri kimi baş-

layan Rasim Əfəndiyev 1965-ci ildən 

etibarən öz taleyini Azərbaycan Milli 

Elmlər Akademiyası ilə bağlamışdır. 

1965-1969-cu illərdə Memarlıq və 

İncəsənət İnstitutunda kiçik elmi işçi, 

1969-1984-cü illərdə baş elmi işçi, 

1984-1995-ci illərdə  şöbə müdiri və 

direktor müavini olmuş, 1996-cı ildən 

ömrünün sonunadək həmin institutun 

direktoru vəzifəsində çalışmışdır.

O, 1961-ci ildə namizədlik, 1972-

ci ildə isə doktorluq dissertasiyaları-

nı müdafiə etmişdir. O, 1989-cu ildə 

Azərbaycan Milli Elmlər Akademiya-

sının müxbir üzvü, 2001-ci ildə həqiqi 

üzvü seçilmişdir.

Rasim  Əfəndiyev Azərbaycan 

sənətşünaslıq elminə layiqli töhfələr 

verən tədqiqatçı kimi tanınmışdır. 

O, çoxsaylı araşdırmalarında xal-

qımızın  əsrlər boyu yaratdığı na-

dir sənət nümunələrinin hərtərəfli 

təhlilini aparmış, həmin  əsərlərin 

bədii sənətkarlıq xüsusiyyətlərini üzə 

çıxararaq milli mədəni inkişafın tari-

xi baxımından yeri və  əhəmiyyətinin 

müəyyənləşdirilməsində böyük əmək 

sərf etmişdir. Alimin Azərbaycanın 

maddi mədəniyyəti və xalq sənətinin 

müxtəlif sahələrinə  həsr etdiyi 30-

dan artıq kitabı  və 200-dən çox 

məqaləsi ölkəmizdə  və onun hüdud-

larından kənarda elmi ictimaiyyət 

tərəfindən dərin maraqla qarşılan-

mış  və yüksək qiymətləndirilmişdir. 

Dünya muzeylərində  və kolleksi-

yalarında qorunub saxlanan sənət 

abidələrimizin aşkara çıxarılmasında 

Rasim Əfəndiyevin mühüm xidmətləri 

olmuşdur.

Rasim  Əfəndiyev sənətşünasların 

beynəlxalq miqyaslı mötəbər konfrans 

və simpoziumlarındakı  məzmunlu çı-

xışları ilə Azərbaycan elmini layiqincə 

təmsil etmişdir. O, elmi kadrların ha-

zırlanması  işinə  də xüsusi diqqət ye-

tirmişdir.

Rasim Əfəndiyevin yarım əsrdən ar-

tıq bir dövrü əhatə edən elmi fəaliyyəti 

lazımınca qiymətləndirilmişdir. O, 

2004-cü ildə Azərbaycan elminin inki-

şafındakı xidmətlərinə görə müstəqil 

Azərbaycan Respublikasının ali mü-

kafatı olan “Şöhrət” ordeni ilə  təltif 

edilmişdir.

Sənətşünaslıq doktoru, professor 

Rasim Səməd oğlu  Əfəndiyev 2010-

cu il fevral ayının 13-də, ömrünün 82-

ci ilində vəfat etmişdir.


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   353   354   355   356   357   358   359   360   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin