292
4
Milli Qəhrəmanlar
55
illiyi
Yunis Əliyev
1958-1992
OKTY
ABR
Yunis Əsgər oğlu Əliyev 1958-ci
il oktyabr ayının 9-da Goranboy ra-
yonunun Qızılhacılı kəndində anadan
olmuşdur.
1973-cü ildə həmin kənddə səkki-
zinci sinfi bitirmiş, sonra təhsilini
Dəliməmmədli
şəhərindəki 102
nömrəli texniki-peşə məktəbində da-
vam etdirmişdi.
Yunis 1976-cı ildə ordu sıralarına
çağırılmış və hərbi xidmətini Tacikis-
tanda başa çatdırmışdı.
1992-ci ildə Goranboy rayonunda
yaradılmış ikinci batalyona üzv yazıl-
mış, erməni quldurlarına qarşı ilk dö-
yüşü Ağdərə bölgəsində olmuşdu.
O, 1992-ci il may ayının 4-də Go-
ranboy rayonunun Tap-Qaraqoyunlu
kəndini mühafizə edən Talış kəndində
yerləşən ermənilərin mövqelərini sus-
durmaq üçün “Yaltaxıl” adlı əməliyyat
planı hazırlamışdı. Həmin əməliyyat
uğurla başa çatmışdı. Bir gün sonra
ermənilərin qəfil hücumu nəticəsində
döyüşçülərimiz əvvəlki mövqelərindən
çəkilməli olmuşdular. Elə həmin
döyüşdə Yunis erməni gülləsinə tuş
gələrək qəhrəmancasına həlak olmuş-
du. Onun cəsədi 43 gündən sonra Talış
kəndi azad edildiyi zaman tapılmışdı.
Azərbaycan Respublikası Preziden-
tinin 7 iyun 1992-ci il tarixli 833 saylı
Fərmanı ilə Əliyev Yunis Əsgər oğlu
ölümündən sonra Azərbaycanın Milli
Qəhrəmanı adına layiq görülmüşdür.
Yunis Əliyev 1992-ci il iyun ayı-
nın 16-da doğma Qızılhacılı kəndində
dəfn olunmuşdur. Qızılhacılı kənd 3
nömrəli uşaq bağçası onun adını daşı-
yır. Goranboy rayonunda büstü qoyul-
muşdur.
Dostları ilə paylaş: