293
Milli Qəhrəmanlar
50
illiyi
Səfəralı Məmmədov
1963-1992
OKTY
ABR
Səfəralı Qurban oğlu Məmmədov
1963-cü il oktyabr ayının 16-da Ma-
sallı rayonunda anadan olmuşdur.
1981-ci ildə burada məktəbi bitir-
miş və hərbi xidmətə çağırılmışdır.
1983-cü ildə ordudan tərxis edilmiş,
Krasnodar şəhərinə gələrək milis
sisteminə daxil olmuşdur.
1990-cı ildə Bakı Xüsusi Orta Milis
Məktəbinə göndərilmiş və buranı ley-
tenant rütbəsi ilə bitirən Səfəralı Qa-
rabağa getmək istədiyini bildirmişdir.
Ona Bakıda Hava limanında iş təklif
edilsə də, o, inadından dönməmişdir.
Səfəralı Məmmədov Ağdam rayo-
nunda polis komandiri kimi döyüşlərə
atılmışdır. Sarışın olması, rus dili-
ni səlis bilməsi ona ermənilər arası-
na təkbaşına getməsinə imkan ver-
miş, Fərruxda, Ağbulaq fermasında,
Qarakənd kəndində onlarla ermənini
girov götürmüşdü.
1992-ci il 16 fevral tarixində
Səfəralının son döyüşü olmuşdu. Az-
ğınlaşmış erməni dəstələri Xocavənd
rayonunun Qaradağlı kəndinə hücum
etmiş, insanları vəhşicə qətlə yetir-
miş, meyitləri silos quyularına atmış-
dılar. Səfəralının başçılıq etdiyi dəstə
erməni yaraqlılarını məhv edərək
irəliləmiş, onun idarə etdiyi maşın
qumbaraatanla vurulmuş, qəlpələrdən
bir neçəsi kəmərindəki əl qumbarası-
na dəydiyindən o, faciəli surətdə həlak
olmuşdu.
Azərbaycan Respublikası Prezi-
dentinin 6 iyun 1992-ci il tarixli 831
saylı Fərmanı ilə Məmmədov Səfəralı
Qurban oğluna ölümündən sonra
“Azərbaycanın Milli Qəhrəmanı” fəxri
adı verilmişdir.
Masallı rayonunun Sərçuvar
kəndində dəfn edilmişdir. Masallı
şəhərindəki küçələrdən biri və təhsil
aldığı orta məktəb qəhrəmanımızın
adını daşıyır.
Dostları ilə paylaş: