Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə370/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   366   367   368   369   370   371   372   373   ...   538
İ n t e r n e t d ə

www.anl.az 

www.az.wikipedia.org

www.milliqahraman.az

16

Milli Qəhrəman


294

Milli Qəhrəmanlar

60 

illiyi

Koroğlu Rəhimov 

1953-1992

OKTY

ABR

Koroğlu  İsmayıl oğlu Rəhimov 

1953-cü il oktyabr ayının 31-də Oğuz 

rayonunda anadan olmuşdur. 

1960-cı ildə Yaqublu kənd orta 

məktəbinə getmişdir. 1961-ci ildə 

ailəsi ilə birlikdə ata-baba yurdları 

olan Qərbi Azərbaycanın Zəngibasar 

rayonuna köçmüşdür. Burada təhsilini 

başa vurduqdan sonra isə 1969-cu ildə 

Azərbaycan Neft və Kimya İnstitutu-

na daxil olmuşdur. 1972-ci ildə hərbi 

xidmətə çağırılmış, 1974-cü ildə Al-

maniyada hərbi xidmətini başa vurmuş 

və yarımçıq qalmış təhsilini tamamla-

mışdır.


Qəlbi Vətən eşqi ilə döyünən Ko-

roğlu, Xocalı faciəsindən sonra könül-

lü olaraq 1992-ci il 17 mart tarixində 

Milli Ordu sıralarına yazılmışdı. 1992-

ci il 30 aprel tarixində “N” saylı bölüyə 

komandir təyin edilmiş Koroğlunun 

şərəfli döyüş yolu başlanmışdı. 13 iyun 

1992-ci il tarixində Buzluq, Çartaz, 

Erkəç kəndlərinin azad edilməsində bu 

bölüyün adı dilləri gəzmişdi. Onlar 15 

erməni yaraqlısını məhv edərək xeyli 

silah-sursat  ələ keçirmişdilər. Koroğ-

lu buradakı döyüşdə dörd “faşisti” 

şəxsən özü məhv etmişdi. 14 iyunda 

cəsur döyüşçülər Mənəşli kəndini, 15 

iyunda Başkəndi erməni işğalçıların-

dan azad etmişdilər. Bu əməliyyatlar 

nəticəsində Koroğlunun komandirlik 

etdiyi alay erməni qəsbkarlarının on-

larla canlı qüvvəsini məhv etmiş, xeyli 

silah-sursat ələ keçirmişdilər. Bölüyün 

zəfər yürüşü davam etmiş, Madagiz 

və Gülüstan kəndləri də bir-birinin 

ardınca qəsbkarlardan təmizlənmişdi. 

Koroğlu Goranboy və  Ağdərədə 

gedən digər qanlı döyüşlərdə  də  işti-

rak etmişdi. O, 1992-ci il iyul ayının 

3-də Ağdərədə gedən qanlı döyüşlərin 

birində  qəhrəmancasına həlak olmuş-

dur.


Azərbaycan Respublikası Preziden-

tinin 16 sentyabr 1994-cü il tarixli, 203 

saylı  Fərmanına  əsasən Azərbaycan 

Respublikasının suverenliyinin və 

ərazi bütövlüyünün qorunmasında, 

Vətənimizin torpaqlarının erməni iş-

ğalçılarından müdafiə edilməsində 

gedən döyüşlərdə  qəhrəmanlıqla vu-

ruşaraq göstərdiyi  şəxsi igidlik və 

şücaətə, öz müqəddəs əsgəri və xidməti 

borcunun şərəflə yerinə yetirilməsində 

göstərdiyi misilsiz xidmətlərə görə 

leytenant Rəhimov Koroğlu  İsmayıl 

oğlu ölümündən sonra “Azərbaycanın 

Milli Qəhrəmanı” adına layiq görül-

müşdür.


Bakının küçələrindən birinə Koroğ-

lu Rəhimovun adı verilmişdir.

2010-cu ildə  Mədəniyyət və Tu-

rizm Nazirliyinin “Salnamə” kinos-

tudiyasında istehsal olunan “Qa-

rabağ  qəhrəmanları” silsiləsindən 

4-cü sənədli  film Azərbaycanın Milli 

Qəhrəmanı Koroğlu Rəhimova həsr 

olunmuşdur. 10 dəqiqəlik sənədli ek-

ran əsəri Koroğlu Rəhimovun keçdiyi 

şücaətli döyüş yolunu əks etdirən xro-

niki kadrlar üzərində qurulmuşdur.




Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   366   367   368   369   370   371   372   373   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin