296
Siyasət.Hərbi iş
325
illiyi
Nadir şah Əfşar
1688-1747
OKTY
ABR
Nadir şah Əfşar 1688-ci il oktyabr
ayının 22-də Xorasanın Dərəgəz vila-
yətinin Dəstgird kəndində dünyaya
göz açmışdır.
İran şahı Nadir şah türk tayfaların-
dan əfşarların Qırxlı boyundan idi.
Başına bir dəstə toplayaraq Xorasan
əyalətlərinin bir neçəsini tutduqdan
sonra özünü Nadir bəy adlandırmağa
başlamışdır.
I Təhmasib Nadir bəyi Xorasanda
öz canişini təyin etmiş, bundan sonra
Nadir özünə Təhmasibqulu xan adını
götürmüşdü.
Məlik Mahmud idarəçiliyinin
mərkəzi Məşhəd alınan zaman, Şah
Təhmasibin əmri ilə Fətəli xan öldü-
rülmüş, bundan sonra Nadir şahın
silahlı qüvvələrinin baş komandanı
təyin olunmuşdu. Bir qədər keçmiş
Nadir Məlik Mahmudun qoşunlarını
əzərək, onun özünü qətlə yetirmiş və
saraydakı mövqeyi güclü şəkildə möh-
kəmlənmişdir.
1729-cu ilin 30 sentyabrında Mi-
mandost çayı sahilindəki döyüşdə (Mi-
mandost döyüşü) Əşrəfin qoşunları dar-
madağın edilmiş, bu parlaq qələbəsi
ilə də Nadir ölkənin yadellilərdən tə-
mizlənməsi uğrunda mübarizəsinin
başlanğıcını qoymuşdu.
Nadirlə Əşrəf arasında həlledici dö-
yüş 1729-cu ilin 13 noyabrında İsfa-
han yaxınlığında (İsfahan döyüşü)
baş vermişdi. Bu dəfə Nadir birləşmiş
əfqan-türk qoşunları üzərində parlaq
qələbə qazanmışdı. Nadir təntənəli
şəkildə şəhərə girmiş və öz əlləri ilə
Səfəvi tacını Şah Təhmasibin başına
qoymuşdu.
Ölkənin Şərqi tamamilə təmizlənmiş,
qarşıda yalnız Azərbaycanı və onun
yaxınlığındakı torpaqları Osman-
lı türklərindən azad etmək qalmışdı.
1731-ci ildəki hərbi əməliyyatlar nəti-
cəsində Nadir şah osmanlıları əzərək,
Azərbaycanı, Həmədanı və Kirman-
şahı azad etmişdi. Osmanlılar yalnız
Arazdan şimalda qalmışlar.
Təhmasib özünün zəifləmiş nüfuzu-
nu bərpa etməkdən ötrü həmin əyalətləri
şəxsən azad etmək qərarına gəlmişdi.
Ancaq məğlub olaraq, 1731-ci ildə
ölkə üçün biabırçı bir sülh müqaviləsi
(Kirmanşah müqaviləsi) bağlamışdı.
Həmin müqaviləyə əsasən, Araz çayı-
nın şimalındakı bütün ərazilər, eləcə
də Kirmanşahın bir sıra əyalətləri os-
manlılara verilmişdir.
Nadir şah müqaviləni tanımaq-
dan imtina etmiş və qədim türk ənə-
nələrinə görə, xan və əyanların qu-
rultayını çağırmışdı. Qurultay şah
Təhmasibi taxtından salaraq, onun III
Şah Abbas adlandırılan səkkiz aylıq
oğlunu şah elan etmişdi. Faktiki ola-
raq, bütün hakimiyyət Nadirin əlində
cəmləşmişdi.
Nadir şahın tabeçiliyindən ilk çıxan
belə müstəqil xanlıq Şəki xanlığı ol-
muşdu.
1737-ci ildə Nadir şah üsyana qalx-
mış əfqanlara qarşı çıxmış və həm He-
ratı, həm də Qəndəharı tutmuşdu. Hin-
distanı tutduqdan sonra 1740-cı ildə
Buxara və Xivə xanlıqlarını öz döv-
lətinin tərkibinə qata bilmişdi.
1741-ci ildə Mazandaran meşə-
lərindən keçərkən Nadirə olan sui-
qəsd, Dağıstandakı uğursuzluqlar və
1743-1747-ci illərin üsyanları Nadir
şahı qəzəbləndirmiş və o, kütləvi cəza
tədbirlərinə başlamışdı. Bunun da nə-
ticəsində sarayda sui-qəsd havası ye-
tişmiş və 1747-ci ilin iyununda, Nadir
şah gecə ikən öz çadırında qətlə yeti-
rilmişdi.
Dostları ilə paylaş: