Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə375/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   371   372   373   374   375   376   377   378   ...   538
partiyasının fəaliyyəti 

(1911-1992) [Mətn] 

/M.R.Oruclu.-Bakı,2001.

İ n t e r n e t d ə

www.adam.az

www.anl.az 

www.files.preslib.az

25

Dövlət xadimi


298

Siyasət.Hərbi iş

115 

illiyi

Vəli bəy Yadigarov 

1898-1971

OKTY

ABR

Vəli bəy Sadıq bəy oğlu Yadiga-

rov 1898-ci il oktyabr ayının 31-də 

Borçalının Təkəli kəndində zadəgan 

ailəsində anadan olmuşdur. Vəli bəy 

1909-cu ildə Tiflis hərbi gimnaziyasına 

qəbul edilmiş və 1916-cı ilədək burada 

oxumuşdur. 1916-cı ildən Rusiyanın 

Əlahiddə Qafqaz Korpusunun süvari 

hissələrində xidmət etməyə başlamış-

dır. Birinci Dünya müharibəsini Qaf-

qaz Cəbhəsində qarşılayan gənc kornet 

(hərbi rütbə) cəbhəyə göndərilmiş  və 

məşhur Brusilov hücumunda iştirak 

etmişdir. 

Bir müddət 1-ci Dağıstan süva-

ri alayında xidmət etdikdən sonra 

Vəli bəy Artilleriya Zabit Məktəbinə 

göndərilmiş, lakin bolşeviklərin Peter-

burqda çevrilişi və Rusiyanın parça-

lanması  nəticəsində onun ordusu iflic 

vəziyyətinə düşmüşdü. Bu zaman çox 

böyük çətinliklərlə  Vəli bəy 1918-ci 

ilin sentyabrında Azərbaycana gəlmiş, 

dərhal Milli Ordu sıralarında xidmət 

etmək arzusunu bildirmiş və 3-cü Şəki 

süvari alayı təşkil ediləndə o, bu alay-

da eskadron komandiri vəzifəsində ça-

lışmağa başlamışdır. 

1920-ci il mart ayının 22-də 

Ermənistan silahlı qüvvələri və qiyam-

çı ermənilərin Şuşa, Laçın, Xankəndi, 

Xocalı,  Əsgərana hücumlarının qarşı-

sını alan Qarabağ  Ərazi Qoşunlarının 

sırasında Vəli bəy Yadigarovun eskad-

ronu xüsusilə fərqlənmişdir.

1920-ci ildə Azərbaycanın Sovet 

Rusiyası qoşunları  tərəfindən işğalı 

zamanı Vəli bəy tabeliyində olan hissə 

ilə birlikdə Azərbaycanı  tərk etmək 

məcburiyyətində qalmış, 1921-ci ilin 

mart ayında Polşada sığınacaq tapmış, 

müqavilə ilə polyak ordusu sıralarına 

daxil olmuşdur. 

O, Qrozdendə Süvari Məktəbini 

və Varşava Ali Hərbi Məktəbini 

bitirdikdən sonra 7-ci süvari polkunun 

komandir müavini təyin edilmişdir. Pol-

şaya hücum etmiş hitlerçi qəsbkarlara 

qarşı 1939-cu il sentyabr ayının 11-də 

təşkil olunmuş müdafiə kampaniya-

sında iştirak etmiş, Mazovetsk süvari 

briqadasının qərargah rəisi olmuşdur. 

Polşanın işğalından sonra 1944-cü 

ildə Armiya Krayovanın tərkibinə da-

xil olan “Jelen” polkunun komandiri 

kimi Varşava üsyanında iştirak etmiş-

dir. Vəli bəy 1945-ci ildə Polşaya so-

vet qoşunları yeridiləndə onlara tabe 

olmaq istəməmiş, istefa ərizələri yaz-

mış  və 1949-cu ildə istefaya çıxaraq 

Argentinaya yollanmış, burada Polşa 

və Qafqaz mühacirləri cəmiyyətlərinin 

fəal üzvü olmuşdur. 

Vəli bəy 1933-cü ildə Varşavada 

“Mustafa Axmatoviç adına tatar-ulan 

alayının hərbi tarixi oçerki” adlı kitab 

yazmış və Polşa, Krım, Litva, Rusiya 

müsəlmanlarının Polşada xidmətini əks 

etdirmişdir. Kitab 1990-cı ildə Varşa-

vada təkrarən nəşr olunmuşdur. Zəngin 

döyüş bioqrafiyası illərində  Vəli bəy 

Azərbaycanın “İgid nişanı” ordeni, 

Polşanın 4 ordeni ilə təltif edilmişdir. 

Vəli bəy Yadigarov 1971-ci il dekabr 

ayının 3-də Buenos-Ayresdə  vəfat et-

miş, öz vəsiyyəti ilə 1990-cı ildə məzarı 

Varşava mərkəzi qəbiristanlığına köçü-

rülmüşdür.


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   371   372   373   374   375   376   377   378   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin