Teqvim2013. pdf


Sərkərdə və hökmdar Ə d ə b i y y a t



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə374/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   370   371   372   373   374   375   376   377   ...   538
22

Sərkərdə və hökmdar

Ə d ə b i y y a t

Nadir şah Əfşarın 

məktublaşması [Mətn]         

/AMEA Məhəmməd Füzuli 

adına Əlyazmalar İnstitutu; 

red. M.Nağısoylu; nəşrə ha-

zırl., ön söz. müəl. və şərh. 

müəl. R.Şeyxzamanlı.-Bakı: 

Nurlan, 2007.- 62 s.

Oğuz, Y. Nadir şah 

[Mətn] /Y.Oğuz; [red. 

F.Abbasquliyeva; 

C.Əlibəyzadə].- Bakı: 

Apostrof, 2008.- 559 s.

Tahirzadə, Ə. Nadir şah 

Əfşar: Tərcümeyi-hal oçerki  

[Mətn] /Ə.Tahirzadə; elmi 

red.: İ.Musayev.-Bakı: Kür, 

2002.- 40 s.

Разгром Надир-шаха: 

определение 27 сентября 

как Дня единения 

народов Дагестана 

[Текст]: материалы 

круглого стола : 

[тезисы выступлений 

круглого стола] Союз 

журналистов Дагестана 

; ред. кол. А. А. Камалов 

[и др.].- Махачкала :[ООО 

“Радуга-1”] ;2010.- 48 с. 

;20 см. 

İ n t e r n e t d ə

www.az.wikipedia.org


297

Siyasət.Hərbi iş

140 

illiyi

Xəlil bəy Xasməmmədov 

1873-1947 

OKTY

ABR

Xəlil bəy Hacıbaba oğlu 

Xasməmmədov 1873-cü il oktyabr 

ayının 25-də  Gəncədə doğulmuşdur. 

Orta təhsilini Gəncədə almış, 1895-

ci ildə Moskva Universitetinin hüquq 

fakültəsini bitirmişdir.

Azərbaycan Demokratik Partiyası 

“Müsavat”ın əsas ideoloqlarından biri 

olmuş, 1895-1919-cu illərdə Yekate-

rinodar və Yelizavetpol qəzalarının 

məhkəmələrində işləmiş, II və III çağı-

rış Dövlət Dumasına deputat seçilmiş-

dir. 


1913-1918-ci illərdə Yelizavetpol 

şəhər bələdiyyə rəisi, Yelizavetpol qəza 

icraiyyə komitəsinin sədri olmuşdur. 

1917-ci ildə Rusiyada fevral inqila-

bından sonra Zaqafqaziya Komissarlığı 

yaradıldıqda nəzarət komissarı, habelə, 

Zaqafqaziya Seyminin üzvü olmuş-

dur. 1918-ci ilin mayında Azərbaycan 

Milli  Şurasında  İcraiyyə komitəsinin 

tərkibində olmuşdur. O, Azərbaycan 

Xalq Cümhuriyyəti hökumətinin bütün 

beş kabinetinin tərkibində ədliyyə, yol-

lar, daxili işlər, təkrarən ədliyyə naziri, 

habelə Azərbaycan parlamentinin üzvü 

olmuşdur.

1920-ci ilin aprelində  Xəlil bəy 

Hacıbaba oğlu Xasməmmədov 

Azərbaycanın   Türkiyədəki səfiri 

təyin olunmuşdur. Azərbaycan Xalq 

Cümhuriyyətinin süqutundan və 

Azərbaycanda kommunist rejimi 

qurulmasından sonra vətənə qayıt-

mamış, siyasi-publisistik fəaliyyət 

göstərmişdir.

Xasməmmədov Azərbaycan Mil-

li Mərkəzi (1924, İstanbul) Mərkəzi 

komitəsinin və “Müsavat“ partiyası 

xarici bürosunun (İstanbulda fəaliyyət 

göstərirdi) 3 nəfərdən ibarət rəyasət 

heyətinin üzvü idi. 1930-cu illərin 

əvvəllərində Milli   Mərkəz və xarici   Büro 

daxilindəki ixtilafların dərinləşməsi 

Azərbaycan siyasi mühacirətinin 

parçalanması ilə 

nəticələnmişdi. 

Mustafa bəy Vəkilov, Səfi  bəy 

Rüstəmbəyli və digərləri ilə birlikdə 

Xasməmmədov M.Ə.Rəsulzadəyə qar-

şı müxalif mövqedə dayanmışdı. Sovet 

hökümətinin təzyiqi ilə M.Ə.Rəsulzadə  

Türkiyəni tərk etdikdən sonra Xəlil bəy 

və başqaları Avropadakı  mərkəzdən  

göstəriş almadan, müstəqil fəaliyyət 

göstərməyə başlamışlar. Nəticədə, 

Milli Müsavat Xalq partiyasının konf-

ransında (avqust, 1936, Varşava) Xəlil 

bəy Xasməmmədov  partiya sıraların-

dan xaric edilmişdi.

Azərbaycanın bütün Qafqazın 

türk-müsəlman xalqları ilə  sıx birli-

yinin tərəfdarı olan Xasməmmədov 

Azərbaycan və 

Şimali Qafqaz 

mühacirləri tərəfindən yaradılmış 

“Azərbaycan-Dağlılar birliyi” adlanan 

qurumun ilk sədri seçilmişdir. 1942-

ci ilin yazında Almaniyanın Xarici 

İşlər Nazirliyi xətti ilə Berlinə görüşə 

dəvət edilmiş tanınmış Qafqaz siyasi 

mühacirləri sırasında Xəlil bəy də ol-

muşdur.

Xəlil bəy Xasməmmədov 1947-ci 

ildə Türkiyədə vəfat etmiş, İstanbulun 

Fəridköy qəbiristanlığında dəfn edil-

mişdir.

Bakıdakı Hüquq Kadrlarının 

Təkmilləşdirmə  İnstitutu onun adını 

daşıyır.


Ə d ə b i y y a t

Xasməmmədov Xəlilbəy 

Hacıbaba oğlu //Azərbaycan 

Xalq cümhuriyyəti 

ensiklopediyası:iki cilddə.-

Bakı,2005.-C.II.-S.18-20.

İbrahimli, X. Azərbaycan 

siyasi mühacirəti  [Mətn] 

/X.İbrahimli.-Bakı,1997

Seyidzadə,D. Azərbaycan 

XX əsrin əvvəllərində: 

müstəqilliyi aparan yollar 

[Mətn] /D.Seyidzadə.-Bakı, 

1998

Oruclu, M.R. Azərbaycanda 

və mühacirətdə Müsavat 


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   370   371   372   373   374   375   376   377   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin