Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə392/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   388   389   390   391   392   393   394   395   ...   538
Zəngilan rayonunun

işğalı 

1993 

OKTY

ABR

Zəngilan rayonu 1993-cü il okt-

yabr ayının 29-da erməni işğalçıları 

tərəfindən işğal olunmuşdur. Zəngilan 

ərazisi  ən qədim insanların yaşayış 

məskənlərindən hesab olunur. Bölgə 

ərazisində mövcud olan bir neçə ma-

ğara (Əsgülüm və Süsən dağlarında) 

burada ibtidai insanların yaşayışından 

xəbər verir. 

Zəngilan rayonu 1930-cu ildə təşkil 

olunmuşdur. Rayonun sahəsi 707 

km²



əhalisi isə 33900 nəfərdir. Rayonda bir 



şəhər, bir şəhər tipli qəsəbə, bir qəsəbə, 

81 kənd var idi. Mərkəzi Zəngilan 

şəhəridir. 

 XX əsrin sonu Azərbaycan xalqının 

tarixinə faciələrlə dolu bir dövr kimi ya-

zılmışdı. Ölkədə mövcud ictimai-siyasi 

vəziyyət, daxili çəkişmələr, bir-birinə 

xəyanət edən silahlı birləşmələrin bəd 

əməlləri torpaqlarımızın itirilməsi ilə 

nəticələndi. Zəngilan da, digər rayon-

larımız kimi xəyanətin qurbanı olmuş, 

təqvimimizdə daha bir qara günün sayı 

artmışdı - 29 oktyabr 1993-cü il.

 Zəngilanın işğalı artıq 1992-ci ildə 

faktiki olaraq reallaşmışdı. Ermənilərin 

hücumu iyunun 29-da olmuş, çox ağır 

və qanlı döyüşlər iki saat çəkmişdi. Ar-

tıq iyulun 6-da düşmən rayon mərkəzini 

atəşə tutmuş, bütün yayı  Zəngilanın 

kəndləri və rayon mərkəzi düşmən 

atəşinə  məruz qalmışdı. Bir müddət 

fasilə verdikdən sonra oktyabrın 20-

də ermənilərin döyüş təyyarələri rayon 

mərkəzini bombalamışdı. Beləliklə 

də, 1992-ci ilin sonuna Zəngilanın 

13 yaşayış  məntəqəsi, bir çox strate-

ji yüksəklikləri düşmənin  əlinə keç-

mişdi. Oktyabrın sonuna yaxın rayon 

tam mühasirə  vəziyyətinə düşmüşdü. 

Oktyabrın 25-26-da Sığırt və Bartaz 

yüksəklikləri işğal olunmuş, bununla 

da Zəngilanın mühasirəsi başa çatmış-

dı.

Təxminən 34 min əhali  İran 



sərhədinə - Araz çayının kənarına 

toplaşmışdı. Gur sulu Araz çayını isə 

keçmək mümkün deyildi. Xalqımızın 

xilaskarı, ulu öndərimiz H.Əliyev bu 

dəfə  də xalqın köməyinə  gəlmişdi. O, 

İran hökuməti ilə danışıqlar aparmış və 

Araz çayı üzərindəki bənddə suyu bağ-

latdırmışdı. Yalnız bundan sonra əhali 

çayı keçib xilas olmuşdu. Buna görə 

də, zəngilanlılar Heydər Əliyeva daim 

minnətdardırlar.

Zəngilanda nəyimiz qaldi?   

Zəngilan boyda Vətən;

Dünyada II, Avropada I Nadir Çinar 

meşələri;

Torpaq üzərində olan bütün var-

dövlət; 

67 məktəb, 56 kitabxana, 34 klub, 

9 mədəniyyət evi, 7 xəstəxana, 6 iri 

dəmiryol stansiyası, 2 şərab zavodu, 

konserv zavodu, dəmiryol deposu...

Hazırda Zəngilan rayonunun 

məcburi köçkünləri Bakıda və respub-

likamızın 43 rayonunda müvəqqəti 

məskunlaşmışdır. Zəngilan rayo-

nunda erməni təcavüzü nəticəsində 

Milli Ordunun 33 nəfər döyüşçüsü 

qəhrəmancasına həlak olmuş, 7 nəfər 

polis işçisi itkin düşmüşdür. Zəngilan 

200 nəfərdən çox şəhid vermiş, 12800 

uşaq zərər çəkmiş, 395 uşaq yetim qal-

mışdır. 44 nəfərin aqibəti bəlli deyil, 

127 nəfər isə müharibə əlilidir. 


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   388   389   390   391   392   393   394   395   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin