Teqvim2013. pdf


 illiyi Ağgöl Milli Parkının yaradılmasının (2003) 10



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə495/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   491   492   493   494   495   496   497   498   ...   538
15 illiyi

Ağgöl Milli Parkının yaradılmasının (2003) 10 illiyi

Kitabxanaçılıq-informasiya fakültəsinin 50 illiyi münasibətilə-Abuzər Alı 

oğlu Xələfov




392

Milli ədəbiyyat 

180 

illiyi

Mir Möhsün Nəvvab 

1833-1918 

2013

Mir Möhsün Hacı Mirəhəməd oğlu 

Nəvvab (Mir Möhsün Nəvvab) 1833-

cü ildə Şuşa şəhərində anadan olmuş-

dur.  İlk təhsilini mollaxanada almış-

dır. Qısa müddətdə yaxşı bir müəllim 

kimi tanınan Nəvvab, həm də  şair 

kimi şöhrət tapmışdır. Şuşada yaşayan 

şairlər Nəvvabın ətrafına toplaşmış və 

o,  Şuşada qiraətxana, “Üsuli-cədid” 

məktəbi,  şəxsi mətbəə  və cildxana

“Məclisi-fəramuşan” adlı ədəbi məclis 

ini təşkil etmiş və bu məclisə başçılıq 

etmişdir. 

Şairliklə  bərabər Nəvvab, rəssam-

lıqla da məşğul olmuşdur.  Şuşada 

Böyük məscidin minarələrində, dərs 

dediyi məktəbin və digər tikililərin 

ornamental divar rəsmləri, akvarellə 

çəkdiyi, fantastik süjetli və dini 

məzmunlu illüstrasiyaları, kitablara 

verdiyi bədii tərtibatı  və s. rəssamlıq 

sənətinə  bələdliyini sübut etmişdir. 

Nəvvabın çəkdiyi illüstrasiyalar XIX 

əsrin sonu - XX əsrin  əvvəllərində 

Azərbaycanda kitab tərtibatının inki-

şafına böyük təsir göstərmişdir.

XIX  əsrin sonu - XX əsrin  əvvəl-

lərində Azərbaycanda təsviri sənətin 

inkişafında  əhəmiyyətli təsiri olan 

nəfis xəttlə yazdığı  əlyazmaları  və 

şəxsi mətbəəsində litoqrafiya üsulu 

ilə çap etdiyi bədii tərtibatlı kitabları 

Azərbaycan Respublikası Elmlər Aka-

demiyası  Əlyazmaları  İnstitutunun 

arxivində saxlanılır.

1913-cü ildə Mir Möhsün Nəvva-

bın yazdığı iki kitab ona təkcə 

Azərbaycanda deyil, vətənimizin hü-

dudlarından kənarda da şöhrət qazan-

dırmışdır. “Təzkireyi-Nəvvab” adlı 

birinci kitabında o, XVIII əsrin sonu-

XIX  əsr Qarabağ  şairlərinin həyat 

və yaradıcılığını  işıqlandırmış, onla-

rın  əsərlərindən parçalar vermişdir. 

“Kifayət ül-ətfal”  adlı  ikinci kitabın-

da dəqiq elmlərdən bəhs olunur. 

Azərbaycan musiqisinin tarixi və 

nəzəriyyəsi ilə yaxından tanış olan 

Nəvvab klassik Şərq musiqisi haqqın-

da “Dər elmi musiqi vüzuh ülərqam” 

(“Musiqi elmində  rəqəmlərin aydın-

laşdırılması”, 1913) əsərini yazıb nəşr 

etdirmişdir. Riyazi əsaslarla musiqini 

təhlil etməyə çağıran Nəvvab bu əsəri 

ilə musiqi aləmində çevriliş etmişdir. 

XX  əsrin  əvvəllərində “Elektron mu-

siqi” kimi tanıdığımız musiqinin yara-

dılma ehtimalını  Nəvvab  əvvəlcədən 

görmüş, Azərbaycan musiqi ifaçılığı 

təcrübəsini ümumiləşdirmiş, muğam-

larımızın təsnifatını vermişdir. Bun-

dan başqa o, muğamlarımızı orijinal 

sistemə salmış və bu sistemi 5 cədvəldə 

əks etdirmişdir.

Mir Möhsün Nəvvab 1918-ci ildə 

Şuşa şəhərində vəfat etmiş və orada da 

dəfn edilmişdir.




Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   491   492   493   494   495   496   497   498   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin