45
Milli ədəbiyyat
85
illiyi
Əliağa Kürçaylı
1928-1980
FEVRAL
Əliağa Həsənağa oğlu Vəliyev
1928-ci il fevral ayının 20-də Salyan
rayonu Kürqaraqaşlı kəndində doğul-
muşdur. Orta məktəbin 9-cu sinfindən
çıxmış, 1944-1946-cı illərdə Zaqaf-
qaziya dəmir yolu idarəsinin Salyan
şöbəsində mühasib işləmişdir.
1946-1947-cı illərdə Bakı Dəmir
yolu Texnikumunda birillik mühasiblər
kursunda oxuduqdan sonra baş müha-
sib olmuş, Salyan Dram Teatrında eyni
vəzifəyə dəyişilmişdir.
1946-cı ildə “Azərbaycan gəncləri”
qəzetində çap olunmuş “Sənin gözlə-
rin” adlı ilk şeiri ilə ədəbiyyata gəlişi
uğurlu olmuş, sonralar mərkəzi və res-
publika dövri mətbuatında müntəzəm
çıxış etmişdir.
1947-ci ildə Salyan radio qovşa-
ğında redaktor işləmiş, gənc yazıçıla-
rın I Respublika müşavirəsində iştirak
etmişdir. Bakıda fəhlə gənclər orta
məktəbinin son sinfini bitirmiş, ADU-
nun filologiya fakültəsinə daxil olmuş-
dur.
1949-1954-cü illərdə onu M.Qor-
ki adına Ədəbiyyat İnstitutuna təhsil
almağa göndərmiş, lakin səhhəti ilə
əlaqədar olaraq geri qayıdıb univer-
sitetdə təhsilini davam etdirmişdir.
1953-1955-ci illərdə “Kommu-
nist” qəzeti redaksiyasında ədəbi işçi,
“Ədəbiyyat və incəsənət” qəzetində
şöbə müdiri işləmişdir.
Moskvada ali ədəbiyyat kursunun
dinləyicisi (1955-1957), “Azərbaycan
gəncləri” qəzeti redaksiyasında şöbə
müdiri (1959-1965), “Azərbaycan”
jurnalı redaksiyasında məsul katib,
Azərbaycan Yazıçılar İttifaqı nəşriyyat
şöbəsinin rəisi (1965-1966), “Litera-
turnıy Azerbaydjan” jurnalı redaksiya-
sında məsul katib, Azərbaycan Dövlət
Nəşriyyatında redaktor (1966-1967)
işləmiş, sonra bir müddət yaradıcılıq
fəaliyyəti ilə məşğul olmuş, Yazıçılar
İttifaqında dramaturgiya bölməsinə
rəhbərlik etmişdir (1975).
1978-ci ilin mayından ömrünün
sonunadək “Yazıçı” nəşriyyatında baş
redaktor kimi çalışmışdır.
Əliağa Kürçaylı 1980-ci il fevral
ayının 11-də vəfat etmişdir.
Dostları ilə paylaş: