44
Milli ədəbiyyat
90
illiyi
İslam Səfərli
1923-1974
FEVRAL
İslam Əhməd oğlu Səfərli 1923-cü
il fevral ayının 12-də Naxçıvan Mux-
tar Respublikası Babək rayonunun
Şəkərabad kəndində anadan olmuşdur.
Naxçıvandakı 1 saylı məktəbi (hazırda
məktəb şairin adını daşıyır) bitirmiş-
dir. Yaradıcılığa da bu dövrdə başla-
mışdır. Onun “Nizami yurdunda” adlı
ilk şeiri “Ədəbiyyat qəzeti”nin 1940-cı
il saylarında dərc olunmuşdur. 1941-
ci ildə Azərbaycan Dövlət Pedaqoji
İnstitutunun Naxçıvan filialına daxil
olmuşdur. Bir il sonra könüllü olaraq
Böyük Vətən müharibəsində 456-
cı Qızıl Bayraqlı atıcı diviziyasında
kəşfiyyatçı olmuşdur, “Qızıl əsgər” və
“Qırmızı bayraq” cəbhə qəzetlərində
oçerk, məqalə və şeirlərini çap etdir-
mişdir.
Döyüşlərdə ağır yaralandıqdan
sonra ordudan tərxis olunmuş, son-
ra “Şərq qapısı” qəzetində ədəbi işçi,
Naxçıvan radio komitəsində əməkdaş,
eyni zamanda “Azərbaycan gəncləri”
qəzetinin xüsusi müxbiri işləmişdir.
1946-1951-ci illərdə Azərbaycan
Dövlət Universiteti filologiya fakül-
təsinin jurnalistika şöbəsində təhsilini
davam etdirmişdir. Şeir və poema-
ları dövri mətbuatda çap olunmuş-
dur. 1951-1952-ci illərdə “Ədəbiyyat
qəzeti”ndə poeziya şöbəsinin müdiri
olmuşdur.
İslam Səfərli oçerk, novella, lib-
retto və kinossenari, dramaturq,
məqalələr müəllifi kimi də tanın-
mışdır. İslam Səfərli tərcüməçilik
fəaliyyəti ilə də məşğul olmuş-
dur. O, A.S.Puşkin, M.M.Svetlov,
S.Marşak, M.Kərim, M.Tursunzadə,
K.Koladze, Y.Dolmatovski və başqa
tanınmış sənətkarların əsərlərindən
müvəffəqiyyətlə tərcümələr etmişdir.
Yüzlərlə şeirinə musiqi bəstələn-
miş mahnılar dillər əzbəri olmuş, indi-
nin özündə də sevilə-sevilə dinlənilir.
İslam Səfərlinin adını əbədiləş-
dirmək məqsədi ilə Xəzər dənizində
üzən gəmilərin birinə “İslam Səfərli”
adı verilmişdir. Bakının mərkəzi
küçələrindən biri şairin adını daşı-
yır, Bakıda yaşadığı binaya (Həsən
Seyidbəyli 30) onun barelyefi - xatirə
lövhəsi vurulmuş, Naxçıvanda oxudu-
ğu 1 nömrəli məktəbə onun adı veril-
mişdir.
İslam Səfərlinin 18 kitabı işıq üzü
görmüşdür. Xidmətlərinə görə üçün-
cü dərəcəli “Şərəf nişanı ordeni” dörd
medalla təltif edilmişdir. Azərbaycan
SSR Ali Sovet Rəyasət Heyətinin
1973-cü il 21 mart tarixli Fərmanı ilə
“Əməkdar incəsənət xadimi” adına la-
yiq görülmüşdür.
Cəmi 51 il ömür sürən İslam Səfərli
1974-cü il noyabr ayının 6-da vəfat et-
miş, Fəxri Xiyabanda dəfn edilmişdir.
Dostları ilə paylaş: