17
Milli Qəhrəmanlar
Muxtar Qasımov
1958-1992
Y
ANV
AR
Muxtar Cahid oğlu Qasımov 1958-
ci il yanvar ayının 10-da Beyləqan
rayonunun Kəbirli kəndində dünya-
ya göz açmışdır. 1974-cü ildə Ağdam
şəhər 5 saylı məktəbi bitirmişdir. Elə
həmin il Nəriman Nərimanov adına
Azərbaycan Dövlət Tibb İnstitutuna
daxil olmuşdur. Tibb təhsilini başa vur-
duqdan sonra işləmək üçün təyinatla
Xankəndinə yola düşmüşdür. Orada
işləyərkən ermənilər arasında separa-
tizmin, millətçi ünsürlərin təbliğinin
şahidi olmuşdur. Müxtəlif təzyiqlərə
baxmayaraq işinə davam etmiş, milliy-
yətindən asılı olmayaraq insanlara tib-
bi yardım göstərmişdir. 1988-ci ildə
vəziyyət nəzarətdən çıxandan və kiçik
qarşıdurmalar baş verəndən sonra Ağ-
dama qayıdıb hospitalda həkim kimi
çalışmışdır.
Ağdamda gedən bütün döyüşlərdə
yaralıları xilas etmək üçün qəhrəmanlıq
göstərmişdir. Xocalı faciəsindən son-
ra isə həyatını tamamilə cəbhəyə
bağlamışdır. 1992-ci ilin iyun ayın-
da Aranzəmin, Pircamal, Ağbulaq
kəndlərinin azad edilməsi uğrunda
gedən döyüşlərdə həkim kimi öz bi-
lik və bacarığını nümayiş etdirmişdir.
1992-ci il iyul ayının 16-da Naxçı-
vanlı kəndi uğrunda gedən döyüşlərdə
xidməti borcunu yerinə yetirərkən
həlak olmuşdur.
Ailəli idi.
Azərbaycan Respublikası Preziden-
tinin 5 fevral 1993-cü il tarixli 457 say-
lı Fərmanı ilə Qasımov Muxtar Cahid
oğlu ölümündən sonra “Azərbaycanın
Milli Qəhrəmanı” fəxri adına layiq gö-
rülmüşdür.
Bakı şəhərindəki Şəhidlər Xiyaba-
nında dəfn edilmişdir.
Dostları ilə paylaş: