Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə260/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   256   257   258   259   260   261   262   263   ...   538
130 

illiyi

Abdulla Sur

1883-1912

İYUL

Abdulla Tofiq-Abdulla Ağa 

Məhəmməd oğlu Məhəmmədzadə 

(Abdulla Sur) 1883-cü il iyul ayının 

23-də Gəncədə doğulmuş, ilk təhsilini 

Gəncədəki Xeyriyyə  məktəbində  al-

mışdır. Burada müxtəlif dünyəvi elm-

lərlə yanaşı  ərəb və fars dillərini də 

öyrənmiş, çox gənc yaşda təhsil aldı-

ğı məktəbin müəllimi olaraq işləməyə 

başlamışdır. Dərin savadı, ədəbi zövqü 

və geniş mühakiməsiylə çox qısa za-

manda bütün Gəncə ziyalıları arasında 

tanınmışdır. İlk məqalələri 1903-cü ildə 

Tiflisdə  nəşrə başlayan “Şərqi-Rus” 

qəzetində çap olunmuşdur. Həmin ildə 

Tiflisə köçərək bu qəzetin təsisçisi 

işləmişdir. Abdulla Surun 1903-cü ildə 

başlayan mətbuat həyatı, qəzetçilik 

fəaliyyəti onun qısa ömrünün sonuna 

qədər davam etmişdir.

O, Qafqazın müxtəlif mətbuat orqan-

larına “A.Sur”, “Məhəmmədzadə”, 

“Qafqasiyalı”, “A.Tofiq”, “Gəncəli”, 

“Abdulla Məhəmmədzadə”, “Bir 

Adam” və başqa imzalarla məqalələr 

yazmışdır. “Şərqi-Rus” bağlandıqdan 

sonra yenidən Gəncəyə qayıdan Ab-

dulla Sur burada müəllimlik fəaliy-

yətini davam etdirmiş, eyni zaman-

da “Həyat” və  “İrşad” qəzetlərinə 

ədəbiyyat və mədəniyyət mövzuların-

da məqalələr yazmışdır. 

1906-cı ildə Abdulla Sur İstan-

bula getmiş, iki il yarım burada ya-

şayaraq, 

İstanbul Darülfünunda 

(Universitetində)  ədəbiyyat müəllimi 

kimi çalışmışdır. Türk qəzetlərində 

məqalələri çap olunmuşdur. Həyatının 

İstanbul dövründə  ən böyük və  ən 

önəmli əsərini -“Türk ədəbiyyatına bir 

baxış” kitabını yazmağa başlamışdır. 

Həcmi min səhifədən artıq olan bu ki-

tabı bitirsə də, çap etdirməmiş, əlyaz-

ma halındakı kitabın çox hissəsi itmiş, 

yalnız ayrı-ayrı parçaları qalmışdır.

İstanbulda 1908-ci ilin noyabr 

ayına qədər yaşayan Abdulla Sur bu-

rada Osmanlı  ədəbiyyatı haqda araş-

dırmalar aparmış,  İbrahim  Şinasi-

nin “Şair evlənməsi”  əsərini Türkiyə 

türkcəsindən Azərbaycan türkcəsinə 

çevirmişdir. Rus dilində yazılmış olan 

coğrafiyaya dair bir kitabı da türkcəyə 

çevirmişdir. Bütün bunlardan əlavə üç 

cildlik bir antalogiya hazırlamağa baş-

lamışdır.

Azərbaycana qayıtdıqdan sonra Ab-

dulla Surun Azərbaycanın mədəniyyət 

həyatına daha böyük qatqısı olmuşdur. 

O, 1910-cu ildə  Gəncədə  “Ədəbiyyat 

və  Sənət” cəmiyyətini qurmuşdu. Bu 

cəmiyyətin  əsas məqsədi istedadlı 

gəncləri üzə  çıxarmaq, onların qar-

şıdakı  təhsillərinə kömək etmək idi. 

Cəmiyyət yeni ədəbiyyat və  sənət 

əsərlərini ortaya çıxarmaq üçün 

müsabiqələr də təşkil etmişdi.

XX  əsrin tanınmış  şairlərindən 

olan  Əhməd Cavad Gəncədə Abdul-

la Surdan ədəbiyyat dərsləri almış 

və uzun müddət onun təsirində qal-

mışdır. Sur isə Firidun bəy Köçərlini 

özünün müəllimi saymaqla bərabər 

“Azərbaycan Ədəbiyyatı” əsərinin ya-

zılmasında ona kömək etmişdir.

Abdulla Sur 1912-ci il may ayı-

nın 8-də  ağır xəstəlikdən sonra Tiflis 

xəstəxanasında dünyasını dəyişmiş və 

Gəncə Səbiskar qəbiristanlığında dəfn 

olunmuşdur.




Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   256   257   258   259   260   261   262   263   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin