216
Milli Qəhrəman
Milli Qəhrəmanlar
40
illiyi
Roman Yusifov
1973-1995
İYUL
Roman Yasəf oğlu Yusifov 1973-cü
il iyul ayının 28-də Dəvəçi rayonunda
anadan olmuşdur.
1980-1990-cı illərdə buradakı 2 say-
lı orta məktəbdə təhsil almışdır. 1992-
ci ildə Milli Orduya çağırılmış Roman
bir müddət Naxçıvan şəhərində təlim
keçdikdən sonra Sədərək rayonuna
göndərilmişdir.
Roman bir neçə dəfə döyüşlərə atıl-
mış, 1992-ci il oktyabr ayında yaralan-
mış və müalicə olunduqdan sonra “N”
saylı hərbi hissədə xidmətini davam
etdirmişdi.
1995-ci il daxili satqınlar ucbatından
ölkədə vəziyyət yenidən pisləşmişdi.
Rövşən Cavadovun rəhbərlik etdi-
yi “OMON”-çular dövlət çevirilişinə
cəhd etmişdilər. 1995-ci il 13-17 mart
tarixində baş vermiş bu hadisələrdə
xeyli günahsız insan həlak olmuşdu.
Silahlı dəstənin zərərsizləşdirilməsi
üçün keçirilən əməliyyatda Roman da
iştirak etmiş, qəlbi daima Vətən eşqi
ilə döyünən qəhrəman, dövlətçiliyimiz
uğrunda, ömrünün ən gözəl bir zama-
nında - 22 yaşında əbədiyyətə qovuş-
muşdu.
Azərbaycan Respublikası Prezi-
dentinin 4 aprel 1995-ci il 307 saylı
Fərmanı ilə Yusifov Roman Yasəf oğlu
ölümündən sonra “Azərbaycanın Milli
Qəhrəmanı” fəxri adına layiq görül-
müşdür.
Dəvəçi rayonunun Qalagah kən-
dində dəfn edilmişdir.
Təhsil aldığı 2 saylı orta məktəb
onun adını daşıyır.
Dostları ilə paylaş: