214
Teatr.Kino
65
illiyi
Ramiz Əzizbəyli
1948
İYUL
Ramiz Hacıağa oğlu Əzizbəyli
1948-ci il iyul ayının 20-də Bakı
şəhərində anadan olmuşdur.
M.A.Əliyev adına Azərbaycan
Dövlət İncəsənət İstitutunun (indiki
Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universiteti) mədəni-maarif
fakültəsini bitirmişdir. İstedadlı akt-
yor və rejissor “Azərbaycanfilm” ki-
nostudiyasında çalışır.
Ömrünün çox hissəsini teatra və
kinoya həsr etmiş istedadlı sənətkar
Azərbaycanın görkəmli sənət ustaları
Möhsün Sənani, Ağadadaş Qurbanov,
Hökümə Qurbanova, Əliağa Ağayev,
Leyla Bədirbəyli, Adil İsgəndərov
və neçə-neçə səhnə korifeyləri ilə
çiyin-çiyinə çalışmış və onların
təcrübəsindən bəhrələnərək kino, te-
atr və televiziyada müxtəlif səpgili
parlaq və tamaşaçı tərəfindən sevilən
obrazlar yaratmış, filmlərə quruluş
vermişdir.
Rejissorluq fəaliyyətinə 1987-ci
ildə “Debüt” studiyasında çəkdiyi
“Pirverdinin xoruzu” qısametraj-
lı bədii filmi ilə başlamışdır. Film
bir neçə Beynəlxalq kinofestivalda
müvəffəqiyyətlə iştirak etmiş, Kiyev
şəhərində keçirilən Ümumittifaq fes-
tivalda isə rejissor debütünə görə mü-
kafata layiq görülmüşdür.
1992-ci ildə isə “Bəxt üzüyü”
tammetrajlı bədii filmini çəkmişdir.
Film kinoteatrlarda nümayiş olu-
nan ən baxımlı “kassa” filmi və yeni
tariximizdə çəkilən ilk ən gəlirli kino
işi kimi yadda qalmışdır.
Film Daşkənddə keçirilən Asiya
və Latın Amerikası ölkələrinin kino-
festivalında xüsusi diploma layiq gö-
rülmüşdür. Rejissoru olduğu “Yalan”
bədii filmi isə Qarabağ probleminə,
onun törətdiyi faciələrə həsr edilmiş-
dir.
Ramiz Əzizbəyli Kinematoqraf-
çılar İttifaqının və Professional Ki-
norejissorlar Gildiyasının üzvü ola-
raq milli kinematoqrafıyanın ictimai
həyatında fəal iştirak edən, ADMİU-
nun dosenti kimi gənc kadrların ha-
zırlanmasına, formalaşmasına öz
töhfəsini verən, həmkarları və dost-
ları arasında nüfuza, hörmətə malik
sənətçidir.
Azərbaycan kinematoqrafiyasının
inkişafındakı xidmətlərinə görə Ra-
miz Əzizbəyli 2008-ci ildə “Xalq ar-
tisti” fəxri adına layiq görülmüşdür.
Dostları ilə paylaş: