213
6
Musiqi.Opera.Balet
100
illiyi
Mirzə Babayev
1913-2003
İYUL
Mirzə Əbdülcabbar oğlu Baba-
yev 1913-cü il iyul ayının 16-da Bakı
şəhərində Maştağa qəsəbəsində dün-
yaya gəlmişdir.
O, 1935-1940-cı illərdə ali təhsilini
M.Əzizbəyov adına Sənaye İnstitu-
tunun memarlıq fakültəsində almış-
dır. Mirzə Babayev Bakıda (“Niza-
mi” muzeyi) və Azərbaycanın digər
şəhərlərində olan bir çox binaların
və muzeylərin layihə müəllifidir.
O, müğənnilik fəaliyyətinə 1940-cı
illərdə, müharibədən qayıdan zaman
görkəmli bəstəkar Tofiq Quliyevin
rəhbərlik etdiyi caz orkestrində başla-
mışdır.
1948-ci ildə Azərbaycan Dövlət
Konservatoriyasına, məşhur müğənni
Bülbülün sinfinə daxil olmuşdur.
Mirzə Babayev 30-dan artıq filmdə
rol almışdır. “Qaraca qız” (1966),
“Dəli Kür” (1969), “Alma almaya
bənzər” (film, 1975), “Dərviş Parisi
Partladır” (1976), “Bağ mövsümü”
(1985), “Bəyin oğurlanması” (1986),
“Qorxma, mən səninləyəm”, “Tele-
fonçu qız”, “Romeo mənim qonşum-
dur” filimlərində yaratdığı maraqlı və
rəngarəng obrazlar kino sənətimizin
şərəfli səhifələrinə yazılmışdır.
1953-cü ildə konservatoriya təhsi-
lini başa vuran istedadlı müğənni, vo-
kal sənətinin incəliklərinə yiyələnərək
ürəyəyatımlı səsi, gözəl ifa tərzi, dərin
musiqi duyumu və yüksək səhnə
mədəniyyəti ilə az bir zamanda tama-
şaçıların böyük rəğbətini qazanmışdır.
Mirzə Babayevin ifasında səslənmiş
“Liman”, “Saçlarına gül düzüm”,
“Uzaq yaşıl ada”, “Kəpənək”, “Bahar
sənsiz”, “Bir axşam”, “Dayan zaman”,
“Gəlmədi”, “Kimlər gəldi, kimlər
getdi”, “Möcüzələr adası”, “Naxçı-
vanım”, “Tanqo” dillər əzbəri olan
məşhur mahnılardandır.
Uzun illər Azərbaycan Dövlət Filar-
moniyasında çalışmışdır. Azərbaycan
Respublikasının Xalq artisti, Prezi-
dentin fəxri təqaüdçüsü olmuş, bir sıra
orden və medallarla təltif edilmişdir. O
cümlədən, 2002-ci il may ayının 17-də
Azərbaycan Respublikasının Preziden-
ti Heydər Əliyev tərəfindən “Şöhrət
Ordeni” ilə təltif edilmişdir.
Böyük sənətkar, qayğıkeş və səmi-
mi insan Mirzə Babayev 2003-cü il
yanvar ayının 13-də, ömrünün 90-cı
ilində vəfat etmişdir.
Dostları ilə paylaş: