Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə265/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   261   262   263   264   265   266   267   268   ...   538
Ə d ə b i y y a t

Sabsay Pinxos(Pyotr) Vladi-

miroviç [Mətn] //ASE:10 

cilddə.-Bakı, 1984.-C.8.-

S.147.

Новрузова, Д. 

Монументальная 

скульптура Советского 

Азербайджана [Текст] 

/Д.Новрузова.- Баку, 1960.

Рогинская, Ф. П.В.Сабсай 

[Текст] /Ф.Рогинская.- 

Москва, 1958.- 54 с.

İ n t e r n e t d ə

www.anl.az

www.azerbaijan.az

www.ru.wikipedia.org

www.dic.academic.ru

2

Heykəltəraş

6


213

6

Musiqi.Opera.Balet

100 

illiyi

Mirzə Babayev 

1913-2003

İYUL

Mirzə  Əbdülcabbar oğlu Baba-

yev 1913-cü il iyul ayının 16-da Bakı 

şəhərində Maştağa qəsəbəsində dün-

yaya gəlmişdir. 

O, 1935-1940-cı illərdə ali təhsilini 

M.Əzizbəyov adına Sənaye  İnstitu-

tunun memarlıq fakültəsində almış-

dır. Mirzə Babayev Bakıda (“Niza-

mi” muzeyi) və Azərbaycanın digər 

şəhərlərində olan bir çox binaların 

və muzeylərin layihə müəllifidir. 

O, müğənnilik fəaliyyətinə 1940-cı 

illərdə, müharibədən qayıdan zaman 

görkəmli bəstəkar Tofiq Quliyevin 

rəhbərlik etdiyi caz orkestrində başla-

mışdır.

 1948-ci ildə Azərbaycan Dövlət 

Konservatoriyasına, məşhur müğənni 

Bülbülün sinfinə daxil olmuşdur. 

Mirzə Babayev 30-dan artıq filmdə 

rol almışdır. “Qaraca qız” (1966), 

“Dəli Kür” (1969), “Alma almaya 

bənzər” (film, 1975), “Dərviş Parisi 

Partladır” (1976), “Bağ mövsümü” 

(1985), “Bəyin oğurlanması” (1986), 

“Qorxma, mən səninləyəm”, “Tele-

fonçu qız”, “Romeo mənim qonşum-

dur” filimlərində yaratdığı maraqlı və 

rəngarəng obrazlar kino sənətimizin  

şərəfli səhifələrinə yazılmışdır. 

1953-cü ildə konservatoriya təhsi-

lini başa vuran istedadlı müğənni, vo-

kal sənətinin incəliklərinə yiyələnərək 

ürəyəyatımlı səsi, gözəl ifa tərzi, dərin 

musiqi duyumu və yüksək səhnə 

mədəniyyəti ilə az bir zamanda tama-

şaçıların böyük rəğbətini qazanmışdır. 

Mirzə Babayevin ifasında səslənmiş 

“Liman”, “Saçlarına gül düzüm”, 

“Uzaq yaşıl ada”, “Kəpənək”, “Bahar 

sənsiz”, “Bir axşam”, “Dayan zaman”, 

“Gəlmədi”, “Kimlər gəldi, kimlər 

getdi”, “Möcüzələr adası”, “Naxçı-

vanım”, “Tanqo” dillər  əzbəri olan 

məşhur mahnılardandır.

Uzun illər Azərbaycan Dövlət Filar-

moniyasında çalışmışdır. Azərbaycan 

Respublikasının Xalq artisti, Prezi-

dentin fəxri təqaüdçüsü olmuş, bir sıra 

orden və medallarla təltif edilmişdir. O 

cümlədən, 2002-ci il may ayının 17-də 

Azərbaycan Respublikasının Preziden-

ti Heydər  Əliyev tərəfindən “Şöhrət 

Ordeni” ilə təltif edilmişdir.

Böyük sənətkar, qayğıkeş və səmi-

mi insan Mirzə Babayev 2003-cü il 

yanvar ayının 13-də, ömrünün 90-cı 

ilində vəfat etmişdir.


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   261   262   263   264   265   266   267   268   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin