Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə266/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   262   263   264   265   266   267   268   269   ...   538
Ə d ə b i y y a t

Mirzə Babayev: “Mən yaşa-

yacağam” [Mətn] //Ədalət.- 

2011.- 14 yanvar.- S.8.

Pafiqqızı, N. Kimlər gəldi, 

kimlər keçdi bu dünya-

dan [Mətn] /N.Rafiqqızı              

//Olaylar.- 2009.- 18-20 

iyul.- S.13.

Zümrüd. Azərbaycan estra-

dasının təkrarsız müğənnisi 

[Mətn] /Zümrüd //Səs.-

2011.- 16 iyul.- S.12.

İ n t e r n e t d ə

www.adam.az

www.anl.az

www.az.wikipedia.org

www.kino-teatr.ru

www.milli.az

16

Müğənni


214

Teatr.Kino

65 

illiyi

Ramiz Əzizbəyli

1948

İYUL

Ramiz Hacıağa oğlu  Əzizbəyli 

1948-ci il iyul ayının 20-də Bakı 

şəhərində anadan olmuşdur.

M.A.Əliyev adına Azərbaycan 

Dövlət  İncəsənət  İstitutunun (indiki 

Azərbaycan Dövlət Mədəniyyət və 

İncəsənət Universiteti) mədəni-maarif 

fakültəsini bitirmişdir.  İstedadlı akt-

yor və rejissor “Azərbaycanfilm” ki-

nostudiyasında çalışır. 

Ömrünün çox hissəsini teatra və 

kinoya həsr etmiş istedadlı  sənətkar 

Azərbaycanın görkəmli sənət ustaları 

Möhsün Sənani, Ağadadaş Qurbanov, 

Hökümə Qurbanova, Əliağa Ağayev, 

Leyla Bədirbəyli, Adil İsgəndərov 

və neçə-neçə  səhnə korifeyləri ilə 

çiyin-çiyinə çalışmış  və onların 

təcrübəsindən bəhrələnərək kino, te-

atr və televiziyada müxtəlif səpgili 

parlaq və tamaşaçı tərəfindən sevilən 

obrazlar yaratmış,  filmlərə quruluş 

vermişdir.

Rejissorluq fəaliyyətinə 1987-ci 

ildə “Debüt” studiyasında çəkdiyi 

“Pirverdinin xoruzu” qısametraj-

lı  bədii  filmi ilə başlamışdır. Film 

bir neçə Beynəlxalq kinofestivalda 

müvəffəqiyyətlə iştirak etmiş, Kiyev 

şəhərində keçirilən Ümumittifaq fes-

tivalda isə rejissor debütünə görə mü-

kafata layiq görülmüşdür. 

1992-ci ildə isə “Bəxt üzüyü” 

tammetrajlı  bədii  filmini çəkmişdir. 

Film kinoteatrlarda nümayiş olu-

nan ən baxımlı “kassa” filmi və yeni 

tariximizdə çəkilən ilk ən gəlirli kino 

işi kimi yadda qalmışdır. 

Film Daşkənddə keçirilən Asiya 

və Latın Amerikası ölkələrinin kino-

festivalında xüsusi diploma layiq gö-

rülmüşdür. Rejissoru olduğu “Yalan” 

bədii  filmi isə Qarabağ probleminə, 

onun törətdiyi faciələrə həsr edilmiş-

dir.


Ramiz  Əzizbəyli Kinematoqraf-

çılar  İttifaqının və Professional Ki-

norejissorlar Gildiyasının üzvü ola-

raq milli kinematoqrafıyanın ictimai 

həyatında fəal iştirak edən, ADMİU-

nun dosenti kimi gənc kadrların ha-

zırlanmasına, formalaşmasına öz 

töhfəsini verən, həmkarları  və dost-

ları arasında nüfuza, hörmətə malik 

sənətçidir.

Azərbaycan kinematoqrafiyasının 

inkişafındakı xidmətlərinə görə Ra-

miz Əzizbəyli 2008-ci ildə “Xalq ar-

tisti” fəxri adına layiq görülmüşdür.




Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   262   263   264   265   266   267   268   269   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin