Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə263/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   259   260   261   262   263   264   265   266   ...   538
Ə d ə b i y y a t

Seçilmiş əsərləri [Mətn] 

/F.Kafka; ön sözün müəl. 

M.Qarayev; burax. məsul: 

Ə.Güləliyev.- Bakı: Şərq-

Qərb, 2006.- 360 s.

www.franz-kafka.ru

3

24

Avstriya yazıçısı

Nikolay Çernışevski 

1828-1889

185 

illiyi

Rus yazıçısı

 Nikolay Qavriloviç Çernışevski 

1828-ci il iyul ayının 24-də Saratov 

şəhərində keşiş ailəsində doğulmuş-

dur. 1853-cü ildə Peterburqa köç-

müş, “Отечественные  записки” 

jurnalında  əməkdaşlıq  etmişdir. Ni-

kolay Qavriloviç 1853-1856-cı illərdə 

“Современник” jurnalının redaktoru 

və ideya rəhbəri olmuşdur.

1850-ci ildə Peterburq Universite-

tinin tarix-filologiya fakültəsini bitir-

mişdir. 1861-1862-ci illərdə  “Земля 

и  воля” inqilabi təşkilatının təsisçisi 

olan Çernışevskinin daim artan nü-

fuzundan təşvişə düşən çar hökuməti 

onu 1862-ci ildə  həbs edərək, Petro-

pavlovsk qalasına salmış, sonra kator-

qaya Sibirə ömürlük sürgünə məhkum 

etmişdir. Çernışevskiyə 1883-cü ildə 

Həştərxanda yaşamağa, 1889-cu ildə 

isə Saratova qayıtmağa icazə veril-

mişdir. 

1855-ci ildə magistrlik dissertasi-

yası ilə Rusiyada materialist estetika-

nın əsasını qoymuşdur. 

Çernışevski  Şərq, eləcə  də Qaf-

qaz, o cümlədən Azərbaycan 

mədəniyyətinə dərin maraq göstərmiş, 

onu təbliğ etmişdir. 1855-ci ildə 

Tiflisdə nəşr olunmuş “Zurna” alma-

naxı haqqında “Современник” jur-

nalında 1855-ci ilin 7-ci nömrəsində 

dərc olunmuş resenziyada Çernı-

şevski almanaxın nəşrini müsbət 

qiymətləndirmiş, onun müəllifləri 

sırasında M.F.Axundzadənin adı-

nı ikinci çəkmişdir. Çernışevski 

məşhur  şərqşünas alim Kazım bəylə 

tanış olmuş, ondan Şərq dillərini 

öyrənmişdir. 

Nikolay Qavriloviç Çernışevski 

1889-cu ildə oktyabr ayının 29-da Sa-

ratov şəhərində vəfat etmişdir. 




Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   259   260   261   262   263   264   265   266   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin