210
2
Folklor
115
illiyi
Xəstə Bayraməli
1898-1952
İYUL
Bayraməli Abbasəli oğlu Xudiyev
(Xəstə Bayraməli) 1898-ci il iyul ayı-
nın 10-da Göyçə mahalının Nərimanlı
kəndində anadan olmuşdur. Yaradıcılı-
ğa çox erkən yaşlarından başlamışdır.
Görkəmli aşıq zəngin yaradıcılığı,
epik-lirik poema səpgili hekayətləri,
əruz vəznində yazdığı qəzəlləri,
beşlikləri, doqquzluqları ilə Göyçə
ədəbi mühitinə yeni bir abu-hava
gətirmiş, yazılı ədəbiyyatla şifahi xalq
ədəbiyyatı arasında möhtəşəm bir
körpü salmışdı. Onun qəzəllərini və
hekayətlərini xanəndələr, sözlərinə ya-
zılan bəstəkar mahnılarını müğənnilər,
qoşmalarını, gəraylılarını, təcnislərini,
müxəmməslərini, divanilərini aşıq-
lar oxuyur. Bir neçə mövzuda yaz-
dığı silsilə şeirlərinə xanəndələrin,
müğənnilərin ifasında yazılan audio-
kassetlər bütün Şərq aləminə yayıl-
mışdır. Şairin “Durnalar” şeirinə yazı-
lan bəstəkar mahnısı məzmununa görə
böyük maraq doğurmuşdur. Onun
Azərbaycan, Türkiyə və İranda dərc
olunmuş kitabları milyonlarla poeziya
həvəskarının stolüstü kitabına dön-
müşdür.
1987-ci ildə “Yazıçı” nəşriyyatında
buraxılan “Mənim Göyçəm” adlı
şeirlər kitabı neçə illər ərzində öz po-
pulyarlığını saxlamışdır.
2003-cü ildə Cənubi Azərbaycanın
Təbriz şəhərindəki “Əxdər” nəşriy-
yatında fars əlifbası ilə dərc edilən
“Mənim Göyçəm” kitabı da böyük
marağa səbəb olmuşdur.
2008-ci ildə “Nərgiz” (Bakı) nəş-
riyyatında Xəstə Bayraməlinin öz mis-
rası ilə ad alan böyük tirajlı “Mən ulu
Göyçəmin şair oğluyam” adlı kitabı da
geniş oxucu kütləsinin və mütəxəssis-
lərin maraq dairəsindədir.
Bunlardan əvvəl və sonra da bir
çox almanaxlarda şairin əsərləri özü-
nəməxsus yer tutmuşdur.
Hələ sağlığında onun bütün həyatı
Göyçə mahalına olan erməni təzyiqləri
ilə mübarizələrdə keçmiş, bununla ya-
naşı möhtəşəm Göyçə epopeyasını ya-
ratmışdır.
Vətənpərvər şair, son dərəcə xeyir-
xah insan Xəstə Bayraməli 1952-ci il
mart ayının 15-də Nərimanlı kəndində
vəfat etmişdir.
Dostları ilə paylaş: