212
Heykəltəraşlıq.Rəssamlıq.Memarlıq
120
illiyi
Pinxos Sabsay
1893-1980
İYUL
Pinxos Vladimiroviç Sabsay 1893-
cü il iyul ayının 2-də (bəzi mənbələrdə
19 iyun) Odessa şəhərində anadan
olmuşdur. Sovet dövrünün heykəl-
təraşıdır. Odessa Rəssamlıq Texniku-
munu və Peterburq Rəssamlıq Akade-
miyasını bitirmişdir.
1917-ci ildə Odessa Təsviri İncəsə-
nət İnstitutunda pedaqoji fəaliyyətə
başlamışdır.
1918-ci ildə “Əmək” monumental
barelyefini yaratmışdır.
Sabsay 1926-cı ildə Bakıya gəlmiş
və bu dövrdən heykəltəraşın yaradıcı-
lığı sıx şəkildə Azərbaycanla bağlı ol-
muşdur.
1928-ci ildən başlayaraq Ə.Əzim-
zadə adına Azərbaycan Dövlət
Rəssamlıq Məktəbində dərs deməyə
başlamış, 1930-cu ildə onun Mirzə
Fətəli Axundova həsr etdiyi abidəsinin
təntənəli açılışı olmuşdur. Bakıda mo-
numental heykəllərlə yanaşı, həm də
barelyeflərin üzərində işləmişdir.
1932-ci ildə Sabsay 55 fiqurdan
ibarət olan 22 metr hündürlüyündə
“İdmandan əməyə və müdafiəyə doğ-
ru” barelyefini yaratmışdır. Bu əsər
Bakıda İdman Sarayında qoyulmuş-
dur.
1933-cü ildə Bakı Fəhlə Teatrının
foyesində onun müəllifi olduğu bir
sıra barelyeflər yer almışdır.
1937-ci ildə Sabsay Bakı neftçi-
lərinə həsr etdiyi 12 metrlik “Qazma
zərbəçiləri” barelyefinin də açılışı
baş tutmuşdu. “Neftçi Kaveroçkin”,
“Rəssam S.Bəhlulzadə”, “Neftçi Ba-
bayev”, “Yazıçı Süleyman Rəhimov”,
S.Vurğunun mənzil-muzeyi üçün mo-
numental portreti və s. ibarət portretlər
qalereyası var. “A.S.Puşkinin port-
reti” (“Elegiya”) onun ən kamil
əsərlərindəndir.
1959-cu ildə Azərbaycan SSR-in
Əməkdar incəsənət xadimi, 1973-cü
ildə SSRİ-nin Xalq rəssamı olmuşdur.
1947-ci ildə SSRİ Rəssamlıq Akade-
miyasının həqiqi üzvü, 1-ci dərəcəli
Stalin mükafatı laureatı idi.
Pinxos Vladimiroviç Sabsay 1980-
ci il aprel ayının 25-də Bakıda vəfat
etmiş, Fəxri Xiyabanda dəfn edilmiş-
dir.
Dostları ilə paylaş: