217
2
Mədəniyyət.Maarif.Elm
85
illiyi
Kamran Rəhimov
1928-2007
İYUL
Kamran Nəbi oğlu Rəhimov 1928-ci
il iyul ayının 4-də Naxçıvan Muxtar Res-
publikası Şərur rayonunun Qarabağlar
kəndində dünyaya göz açmışdır. Qeyri-
adi qabiliyyəti, elmə, biliyə marağı
sayəsində Naxçıvan ikiillik Müəllimlər
İnstitutunun tarix, dil-ədəbiyyat
fakültəsini 1945-ci ildə fərqlənmə dip-
lomu ilə bitirmiş, Azərbaycan Dövlət
Universitetinin (indiki BDU) tarix
fakültəsinə daxil olmuşdur. Ali təhsilini
başa vurduqdan sonra universitetin
Yeni tarix kafedrasında baş müəllim
kimi çalışmışdır. 1954-cü ildə Kamran
Rəhimov Partiya Tarixi İnstitutunun as-
piranturasına qəbul olmuş, Azərbaycan
KP MK-nın nəzəri-siyasi jurnalı olan
“Azərbaycan kommunisti”nə şöbə mü-
diri vəzifəsinə göndərilmişdir. 1959-
1962-ci illərdə baş redaktorun müavini,
1962-ci ildən 1975-ci ilə qədər baş re-
daktor vəzifəsində çalışmışdır.
Jurnalda işləməklə yanaşı elmi və
müəllimlik fəaliyyətini davam etdirmiş,
universitetdə saathesabı mühazirələr
oxumuşdur. 1958-ci ildə namizədlik,
1966-cı ildə Azərbaycan Dövlət Univer-
sitetinin böyük elmi şurasında, 1967-ci
ildə isə SSRİ Ali Attestasiya Komissi-
yasının plenumunda doktorluq disserta-
siyasını müdafiə etmişdir.
Kamran Rəhimov bir sıra monoqrafi-
ya, dərslik, çoxsaylı elmi-nəzəri və pub-
lisistik məqalələrin müəllifidir. Dəfələrlə
Moskvanın, keçmiş müttəfiq respublika-
ların və bir sıra digər ölkələrin mətbuat
orqanlarında aktual nəzəri mövzularda
məqalələrlə çıxış etmişdir.
O, 1975-1983-cü illərdə Azərbaycan
KP Naxçıvan Vilayət Komitəsinin bi-
rinci katibi işlədiyi dövrdə sənaye
obyektləri, dəryaçalar, meyvə və üzüm
bağları, heyvandarlıq kompleksləri ti-
kilib istifadəyə verilmiş, Azərbaycan
EA-nın Naxçıvan Elmi Mərkəzinin
fəaliyyəti canlandırılmışdır. Həmin
illərdə mədəniyyət sahəsində də
nəzərəçarpan işlər görülmüşdür. Naxçı-
van, Ordubad şəhərlərində, Şahbuz ra-
yonunda, vilayətin bir çox kəndlərində
mədəniyyət sarayları tikilib istifadəyə
verilmiş, bütün rayonlarda ölkəşünaslıq
muzeyləri yaradılmış, tariximizin qədim
yadigarlarının ermənilər tərəfindən
oğurlanıb aparılmasının qarşısı alı-
naraq eksponatlar həmin muzeylərdə
cəmləşdirilmişdir.
1983-cü ildə professor Kamran
Rəhimov Azərbaycan Respublikası-
nın Xalq maarifi naziri vəzifəsinə təyin
edilmiş, bir sıra layihələrin həyata
keçirilməsi işinə başlamışdır.
1988-ci ildə respublikanın Maarif,
Ali və Orta İxtisas Təhsili nazirlikləri,
Texniki Peşə Təhsili Komitəsi vahid
bir qurumda birləşdirilərək Azərbaycan
Respublikası Xalq Təhsili Nazirliyi ya-
radılmışdır. Yeni nazirliyin strukturu
müəyyənləşdirilərkən professor Kam-
ran Rəhimov xalq təhsili nazirinin bi-
rinci müavini təyin olunmuşdur.
Kamran Rəhimov Milli Məclisin
üzvü kimi Azərbaycan nümayəndə
heyətlərinin tərkibində dəfələrlə xarici
ölkələrdə səfərlərdə olmuşdur.
Əməkdar elm xadimi, tarix elmləri
doktoru, professor Kamran Rəhimov
2007-ci ildə vəfat etmişdir.
Dostları ilə paylaş: