Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə308/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   304   305   306   307   308   309   310   311   ...   538
26

Ə d ə b i y y a t

Muğam ensiklopediyası [Mətn] /Heydər Əliyev Fondu; baş red. 

M.Əliyeva; red. hey. A.Babayev [və b.]; haz.: G.Abdullazadə [və 

b.].- Bakı: Heydər Əliyev Fondu, 2008.-215 s.

Sadıqov, F. Muğam [Mətn]: dərs vəsaiti /F.Sadıqov; elmi 

red. O.Rəcəbov; rəy.: G.Abdullazadə, V.Xəlilov, C.Əkbərov, 

N.Kazımov; red. Ş.Tahirova; Azərb. Resp. Təhsil Nazirliyi, Təhsil 

Problemləri İn-tu; Bakı Elm və Təhsil Mərkəzi.- Bakı: [Maarif], 

2011.- 254 s.


249

Tarixdə bu gün

Qubadlı rayonunun 

işğalı

1993

AV

Q

U

S

T

Qubadlı rayonunun 31 avqust 1993-

cü il tarixində ermənilər tərəfindən iş-

ğalından artıq 20 il ötür.

Qubadlı rayonu 1933-cü ildə ya-

radılmışdır.  İnzibati mərkəzi Qubadlı 

şəhəridir.  İnzibati bölgüsünə 1 şəhər, 

93 kənd, 31 inzibati-ərazi dairəsi aid 

idi. Qubadlı rayonu şimaldan Laçın, 

cənubdan Zəngilan, şərqdən Xocavənd 

və  Cəbrayıl rayonları, qərbdən 

Ermənistanla həmsərhəddir.

Qubadlının iqtisadiyyatının  əsasını 

taxılçılıq, heyvandarlıq, tütünçülük, 

baramaçılıq və üzümçülük təşkil etmiş-

dir. Rayonda 27-si mexanikiləşdirilmiş 

olan 31 süd-əmtəə ferması mövcud ol-

muşdur. Rayonda üzümün ilkin ema-

lı üzrə 2 zavod fəaliyyət göstərmişdi. 

Tam gücü ilə  işləyən asfalt zavodu 

təkcə Qubadlıya deyil, eyni zamanda 

qonşu rayonlara da xidmət etmişdir. 

Daş karxanası və mərmər sexi əhalinin 

tələbatını əsaslı şəkildə ödəmişdi. Qu-

badlıda 21 rabitə müəssisəsi var idi. 

8 avtomat stansiyası quraşdırılmışdı. 

1950 nömrəlik həmin stansiyalar gecə-

gündüz xalqın xidmətində dururdu.

Ümumiyyətlə, Qubadlı rayonun-

da 62 idarə  və müəssisə  fəaliyyət 

göstərmişdir.

Rayonun 33 səhiyyə müəssisəsində 

56 həkim və 511 orta tibb işçisi fəaliyyət 

göstərirdi. 4 xəstəxana, 5 həkim ambu-

latoriyası, 54 feldşer-mama məntəqəsi, 

4  əczaxana  əhalinin sağlamlığının 

keşiyində durmuşdu. Rayon gigiyena-

epidemiologiya mərkəzi və profilaktik 

dezinfeksiya şöbəsi yüksək səviyyədə 

iş aparırdı.

Erməni işğalçıları Qubadlıda 94 

kənd və qəsəbəni, 205 mədəni-məişət 

obyektini, 12 tarixi abidəni yandır-

mış və talan etmişlər. İşğala qədər 33 

800 nəfər  əhalisi olan Qubadlıda 21 

orta, 15 səkkizillik, 15 ibtidai məktəb, 

7 məktəbəqədər təhsil müəssisəsi 

fəaliyyət göstərir, bu təlim-tərbiyə 

və  təhsil müəssisələrində 1280 nəfər 

müəllim çalışırdı. Qubadlının işğa-

lı zamanı ermənilər 5 mindən çox 

nadir eksponat saxlanılan Qubadlı 

Tarix-diyarşünaslıq Muzeyini də talan 

etmişlər. 

IV  əsrə aid “Gavur dərəsi”ndəki 

ibadətgah, 5-ci əsrə aid “Qalalı” və 

“Göyqala” abidələri, 14-cü əsrdə tikil-

miş “Dəmirçilər” türbəsi, Hacı  Bədəl 

körpüsü, Laləzar körpüsü, eləcə  də 

Əyin, Yusifbəyli, Seytas, Qarağaclı, 

Xocamsaxlı kəndlərindəki digər tarixi 

abidələr hazırda işğal altındadır.

Rayonda 111 mədəni-maarif müəs-

sisəsi, o cümlədən 60 kitabxana, 10 

mədəniyyət evi və 28 klub, 6 avto-

klub olmuşdur. Qubadlı uğrunda gedən 

döyüşlərdə 54 nəfər şəhid olmuş, Qa-

rabağ müharibəsində isə Qubadlının 

ümumilikdə 232 sakini şəhid, 146-sı 

əlil olmuşdur.

20 ildir ki, rayonun 30 min əhalisi 

məcburi köçkün həyatı yaşayır.




Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   304   305   306   307   308   309   310   311   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin