Teqvim2013. pdf


Tarixdə bu gün Cəbrayıl rayonunun işğalı



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə305/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   301   302   303   304   305   306   307   308   ...   538
246

Tarixdə bu gün

Cəbrayıl rayonunun işğalı

1993

AV

Q

U

S

T

Sahəsi:  1049 

km² 

Əhalisi: 54430

İşğal tarixi: 23.08.1993 

1993-cü il avqust ayının 23-də 

Cəbrayıl rayonu işğalçı erməni silahlı 

qüvvələri tərəfindən zəbt edilmişdir.

1994-cü il Horadiz əməliyyatı   zama-

nı Milli Ordunun hərbi silahlı qüvvələri 

şəhər mərkəzinə və Xudafərin körpüsü 

istiqamətində irəliləsə  də, Cəbrayılın 

yalnız Cocuq -Mərcanlı kəndi düşmən 

işğalından azad olunmuşdu.

İşğaldan  əvvəl  rayonda 72 orta 

və natamam orta məktəb, 3 musiqi 

məktəbi, 12 mədəniyyət evi, 32 klub, 

10 mədəni çadır və avtoklub, 78 ki-

tabxana, 3 daimi, 4 səyyar kinoqurğu 

fəaliyyət göstərmişdi. Zəngin ekspo-

natları olan tarix-diyarşünaslıq mu-

zeyi olmuşdu. Əhaliyə 210 çarpayılıq 

mərkəzi xəstəxana və ümumi çarpayı 

sayı 245 yer olan kənd xəstəxanaları, 

Dağ Tumas, Quycaq, Balyand 

kəndlərində 11 həkim, 52 feldşer - 

mama məntəqəsi xidmət göstərirdi.

Cəbrayıl rayonunda respublika 

və rayon əhəmiyyətli 120-dək tari-

xi memarlıq abidəsi, qiymətli ağac 

növlərindən ibarət meşələr, böyük eh-

tiyata malik yeraltı sərvətlər, qeyri-adi 

flora və faunası ilə seçilən Diridağın 

özünəməxsus təbiət guşələri, mineral 

maddələrlə zəngin su mənbələri erməni 

işğalçıları tərəfindən dağıdılaraq məhv 

edilmişdir. 

Ümumiyyətlə, döyüşlərdə 180, 

atəşkəs dövründə isə 16 nəfər həlak 

olmuş, 14 nəfər polis, 60 nəfər mül-

ki şəxs dünyasını dəyişmiş, 90 nəfərə 

yaxın isə  əsir və itkin düşmüşdür. 

Cəbrayıllılar içərisində 180 nəfərə ya-

xın Qarabağ müharibəsi  əlili statusu 

almış, 6 nəfər isə “Azərbaycanın Milli 

Qəhrəmanı” fəxri adına layiq görül-

müşdür. Cəbrayıllılar arasında 351 

nəfər şəhid ailəsi var.

2006-2007-ci illər  ərzində erməni 

işğalçıları  tərəfindən rayonun 16 min 

hektardan artıq  ərazisində yanğınlar 

törədilmişdir. 

Ölkənin 58 bölgəsinə  səpələnən 

cəbrayıllılar daha çox Beyləqan, İmiş-

li, Sabirabad, Saatlı, Biləsuvar rayon-

larında məskunlaşmışlar. 

Biz inanırıq ki, qələbə uzaqda de-

yil. Ali baş komandanın yürütdüyü 

uzaqgörən siyasət, apardığı danışıq-

lar nəticəsində torpaqlarımız işğaldan 

azad olacaq, bütün həmvətənlərimiz 

öz yurd-yuvalarına dönəcəklər.




Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   301   302   303   304   305   306   307   308   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin