245
Sərhəd Qoşunları Əməkdaşlarının Peşə
Bayramı Günü
2000
Tarixdə bu gün
Bеynəlxalq Gənclər Günü
1999
AV
Q
U
S
T
1998-ci il 8-12 avqust tarixində
Lissabon şəhərində keçirilmiş Gənclər
Nazirlərinin I toplantısında Beynəlxalq
Gənclər Gününün keçirilməsi BMT-
nin Baş Assambleyasının 54/120 saylı
qətnaməsi ilə 17 dekabr 1999-cu ildən
bəri 12 avqust tarixində qeyd olunur.
Respublikamızda Bеynəlxalq
Gənclər Günü ilk dəfə 2000-ci il av-
qust ayının 12-də qeyd edilmişdir.
Hazırda dünya əhalisinin təqribən
3 milyard nəfəri, yaşı 25-ədək olan
gənclərdir. Onların yarım milyarddan
çoxu kasıbçılıq həddində yaşayır. 100
milyondan artıq uşaq məktəbə gedə
bilmir. Hər gün 30 min uşaq aclıqdan
ölür. BMT-nin Baş katibi dünya birliyi-
ni gənclərin problemlərini həll etməyə
çağırmışdır. Azərbaycanda gənclər
dövlətin qayğısı ilə hərtərəfli şəkildə
əhatə olunmuşdur. Ulu öndər Heydər
Əliyevin sərəncamı ilə 2 fevral tari-
xi 1996-cı ildən etibarən Azərbaycan
gəncləri günü kimi təsdiq olunmuş-
dur. Bu, ulu öndər Heydər Əliyevin
gəncliyə göstərdiyi diqqət və qayğının
bir nümunəsi idi. Onu da qeyd edək
ki, gənclər günü MDB məkanında və
Şərqi Avropa ölkələri arasında ilk dəfə
olaraq Azərbaycanda qeyd olunmuş-
dur.
Dostları ilə paylaş: