Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə299/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   295   296   297   298   299   300   301   302   ...   538
12

20

Ə d ə b i y y a t

Yarımkeçirici çeviricilər 

[Mətn] /H.Abdullayev, 

Z.İsgəndərzadə; red. 

M.Axundov; Azərb.SSR 

Elmlər Akademiyası, Fizika 

İn-tu.- Bakı: Elm, 1974.- 

296, [3] s.

Abdullayev Həsən 

Məmmədbağır oğlu [Mətn] 

//Fəxri Xiyaban /Heydər 

Əliyev Fondu.- Bakı, 2007.- 

S.14.

Quliyev, R. Akade-

mik Həsən Abdullayev 

[Mətn]: Azərbaycanda 

yarımkeçiricilər fizika-

sı məktəbinin banisi. 

Böyük elmin sükanı 

arxasında. Xatirələrdə 

yaşayan ömür /R.Quliyev; 

red. hey. M.Kərimov, 

A.Həşimov, S.Abdullayeva, 

A.Quluzadə.- Bakı: 

Azərbaycan, 2008.- 376 s.

İ n t e r n e t d ə

www.adam.az

www.az.wikipedia.org

www.science.az

www.shexsiyyetler.nakhchi-

van.az

95  

illiyi

Akademik


242

4

Tarixdə bu gün

Azərbaycan Əlifbası və Azərbaycan 

Dili Günü 

2001

AV

Q

U

S

T

1 avqust ölkəmizdə  ən  əziz 

günlərdən biri kimi qeyd olunur. Çünki 

milli varlığımızın əsas atributlarından 

olan Ana dilimizlə bağlıdır. Dil millətin 

simasını  səciyyələndirən amillərdən 

biri, onun milli sərvətidir. Millətin di-

linin dövlət dili statusuna yüksəlməsi 

isə tarixi hadisə, milli dövlətçilik tari-

xinin qızıl səhifəsidir. Ulu öndər milli-

mənəvi dəyərlərimizin  ən qiymətlisi 

və bir millət kimi milli varlığımızın 

rəmzi olan Azərbaycan dilinin saflaş-

dırılması və inkişafı istiqamətində çox 

mühüm addımlar atmışdır. Ölkəmizdə 

Azərbaycan dilinin hərtərəfli inkişa-

fı, işlək dilə çevrilməsi, beynəlxalq 

münasibətlər sisteminə yol tapması 

Ana dilimizin gözəl bilicisi, mahir 

natiq, ulu öndər Heydər  Əliyevin di-

lin qorunmasına yönələn düşünülmüş 

siyasətinin nəticəsidir.

Azərbaycan SSR-in 1978-ci il 

Konstitusiyasında  Azərbaycan dili-

nin dövlət dili kimi qəbul edilməsi isə 

həmin dövr üçün əhəmiyyətli hadisə 

idi. 1993-cü ildə Heydər  Əliyevin 

Azərbaycanda ikinci dəfə hakimiyyətə 

qayıdışından sonra Azərbaycan dili 

öz inkişafında yeni mərhələyə qədəm 

qoymuşdu. 1995-ci ildə ümumxalq 

səsverməsi yolu ilə  qəbul edilən 

müstəqil dövlətimizin ilk Konstitusi-

yası ilə dövlət dilinin adı bərpa edildi. 

Bu, ulu öndərin Ana dilimizə dəyişməz 

mövqeyinin daha bir parlaq nümunəsi 

olmuşdu.

Bundan sonra hökumət  səviy-

yəsində Ana dilinin inkişafı  və qo-

runması istiqamətində  əhəmiyyətli 

sənədlər qəbul edilmişdi. “Dövlət dili 

işinin təkmilləşdirilməsi haqqında” 18 

iyun 2001-ci il tarixli Fərman, yeni 

əlifbaya keçidin 2001-ci ilin avqustu-

na kimi ölkəmizdə bütünlüklə  təmin 

edilməsi ulu öndərin öz doğma dilinə 

bağlılığını bir daha təsdiq etmişdi. 

Ümummilli liderin 9 avqust 2001-

ci il tarixli Fərmanı ilə avqustun 

1-i ölkəmizdə “Azərbaycan dili və 

Azərbaycan əlifbası günü” kimi qeyd 

olunur. 2002-ci il 30 sentyabr tarixində 

“Azərbaycan Respublikasında Dövlət 

dili haqqında” Azərbaycan Respub-

likasının Qanununun qəbul edilməsi 

Azərbaycan dilinin dövlət dili kimi 

işlədilməsi, onun tətbiqi, qorunması 

və inkişaf etdirilməsi istiqamətində 

daha bir addımdır. Bu ənənələri ölkə 

Prezidenti  İlham  Əliyev uğurla da-

vam etdirməkdədir. Dövlət başçı-

sının müxtəlif vaxtlarda imzaladığı 

“Azərbaycan dilində latın qrafikası ilə 

kütləvi nəşrlərin həyata keçirilməsi 

haqqında” və “Azərbaycan Milli en-

siklopediyasının hazırlanması haqqın-

da” Sərəncamları  və bu istiqamətdə 

görülən işlər də dilimizin inkişafına 

böyük qayğının təzahürüdür.


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   295   296   297   298   299   300   301   302   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin