Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə298/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   294   295   296   297   298   299   300   301   ...   538
Ə d ə b i y y a t

Böyük Qafqazın gölləri 

və su anbarlarının 

hidroloji xüsusiyyətləri 

[Mətn] /R.Tarverdiyev, 

X. Zamanov.-Bakı: Elm, 

1965.- 152 s.

Заиление Мингечаурcкого 

водохранилища [Текст] 

/Р.Тарвердиев.- Баку, 

1974.- 78 s.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.sia.az 

www.zoologiya.az 

5

Coğrafiyaşünas alim


241

Riyaziyyat.Fizika.Astronomiya

Həsən Abdullayev 

1918-1993

AV

Q

U

S

T

Həsən Məmmədbağır oğlu Abdul-

layev 1918-ci il avqust ayının 20-də 

Culfa rayonunun Yaycı kəndində ana-

dan olmuşdur. 1941-ci ildə o, fizika-

riyaziyyat elmləri namizədi, 1954-cü 

ildə  fizika-riyaziyyat elmləri doktoru 

alimlik dərəcəsi almışdır.

1955-ci ildə Azərbaycan SSR EA-

nın müxbir üzvü, 1967-ci ildə isə 

həqiqi üzvü seçilmişdir.

1957-1958-ci illərdə  Həsən Ab-

dullayev Azərbaycan SSR EA Fizika-

Riyaziyyat  İnstitutu, 1959-1993-cü 

illərdə Fizika İnstitutunun direktoru 

vəzifəsində işləmişdir.

1968-1970-ci illərdə Azərbaycan 

SSR EA Fizika-Riyaziyyat və Texnika 

elmləri bölməsinin akademik-katibi 

olmuşdur. 

1970-ci ildə isə SSRİ EA müxbir 

üzvü seçilmişdir.

Akademik  Həsən Abdullayev 

1970-1983-cü illərdə Azərbaycan SSR 

EA-nın Prezidenti seçilmişdir.

1972-ci ildə Azərbaycan Dövlət mü-

kafatı laureatı, 1974-cü ildə “Əməkdar 

elm xadimi” fəxri adına layiq görül-

müş, 1975-ci ildə Qırmızı Əmək Bay-

rağı ordeni, 1978-ci ildə Lenin ordeni 

ilə, 1970-ci ildə S.İ.Vavilov adına me-

dal, 1972-ci ildə Beynəlxalq Leypsik 

yarmarkasının (ADR) böyük qızıl 

medalı, 1972, 1975, 1977 və 1978-ci 

illərdə isə SSRİ XTNS-nin qızıl me-

dalları ilə təltif olunmuşdur.

Akademik Abdullayevin təşəb-

büsü ilə 1956-cı ildə ADU-da Yarım-

keçiricilər fizikası kafedrası təşkil edil-

mişdir. Abdullayevin yüksək ixtisaslı 

elmi kadrların hazırlanmasında böyük  

xidmətləri olmuş,  Azərbaycanda 

yarımkeçiricilər  fizikası üzrə elmi 

məktəb yaratmışdır. 1957-ci ildən 

Azərbaycan SSR EA-nın Fizika və 

Riyaziyyat İnstitutu Həsən Abdullaye-

vin rəhbərliyində SSRİ-də baş təşkilat 

adını almışdır. SSRİ Elmlər Akademi-

yası “Yarımkeçiricilər fizikası və kim-

yası” elmi şurasının üzvü, Azərbaycan 

SSR “Fizika problemləri” elmi şura-

sının, elm təşkilatlarının və ali təhsil 

məktəblərinin elmi fəaliyyətinin ko-

ordinasiyası üzrə Elmi şura sədri, “Bi-

lik” cəmiyyətinin və Azərbaycan SSR 

Dövlət Mükafatı komitəsinin sədri 

olmuşdur. 1970-1983-cü illər Akade-

mik Həsən Abdullayevin rəhbərliyi 

altında Elmlər Akademiyasının siste-

mi genişlənmiş: 20 yeni elmi təşkilat - 

institutlar, xüsusi konstruktor büroları, 

təcrübi zavodlar, texniki emalatxana-

lar fəaliyyətə başlamışdı.

Akademik Həsən Abdullayevin 

rəhbərliyi altında 60 doktorluq, 100 

namizədlik dissertasiyası müdafiə 

olunmuşdur. H.M.Abdullayev 17 mo-

noqrafiyanın, 240 ixtiranın, 600 elmi 

məqalənin və s. müəllifidir.

Görkəmli alim Abdullayev Həsən 

Məmmədbağır oğlu 1993-cü il sent-

yabr ayının 1-də vəfat etmiş, Fəxri Xi-

yabanda dəfn edilmişdir.


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   294   295   296   297   298   299   300   301   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin