21
Siyasət.Hərbi iş
Əli Əhmədov
1953
Y
ANV
AR
Əli Cavad oğlu Əhmədov 1953-
cü il yanvar ayının 27-də Ermənistan
Respublikası Basarkeçər rayonunun
Dərə kəndində anadan olmuşdur.
Moskva Dövlət Tarix-Arxiv İnsti-
tutunun tarix fakültəsini bitirmişdir.
1975-ci ildən Baş Arxivlər
İdarəsinin baş elmi işçisi, Azərbaycan
EA-nın Mərkəzi Elmi Baş Arxivinin
müdiri olmuşdur.
1980-ci ildən Azərbaycan Dövlət
Universitetində laborant, müəllim,
baş müəllim, dosent, kafedra müdiri
işləmişdir.
1997-ci ildən Azərbaycan Respub-
likası Prezidentinin İcra Aparatında
şöbə müdirinin müavini vəzifəsində
çalışmışdır.
1999-2000-ci illərdə Xətai rayon
İcra Hakimiyyətinin başçısı olmuşdur.
Yeni Azərbaycan Partiyası sədrinin
müavini və partiyanın icra katibidir.
2005-ci il noyabrın 6-da 19 saylı
Nərimanov birinci seçki dairəsindən
deputat seçilmişdir. Milli Məclisin
Elm və təhsil məsələləri daimi komis-
siyasının üzvüdür.
Azərbaycan-Çin parlamentlərarası
əlaqələr üzrə işçi qrupunun rəhbəri,
Azərbaycan-Belarus, Azərbaycan-
İtaliya parlamentlərarası əlaqələr üzrə
işçi qruplarının üzvüdür.
Fəlsəfə elmləri namizədi, dosentdir.
Azərbaycan Respublikasının Dövlət
Qulluğunu İdarəetmə Şurasının və
həmin Şura yanında Korrupsiyaya
qarşı mübarizə üzrə komissiyanın üz-
vüdür.
BDU-nun Politologiya və sosiolo-
giya kafedrasının müdiridir.
1 dərsliyin, 50-dən çox elmi əsərin
və məqalənin müəllifidir.
2009-cu ildə Polşa preziden-
tinin sərəncamı ilə iki ölkənin
münasibətlərinin inkişafına göstərdiyi
xidmətlərə görə “Kavaler” ordeni ilə
təltif olunmuşdur.
Dostları ilə paylaş: