28
Kimya.Biologiya.Tibb
90
illiyi
Zəhra Quliyeva
1923-2005
Y
ANV
AR
Quliyeva Zəhra Tahir qızı 1923-cü
il yanvar ayının 18-də Bakı şəhərində
anadan olmuşdur. 1944-cü ildə Azər-
baycan Tibb İnstitutunu (indiki ATU)
bitirmişdir.
Həmin ildən institutun göz xəstə-
likləri kafedrasında ordinator, assis-
tent, dosent, professor və kafedra mü-
diri işləmişdir.
1958-ci ildə namizədlik, 1967-
ci ildə isə doktorluq dissertasiyasını
müdafiə etmişdir.
Həmin illərdən institutda dekanın
əvəzedicisi, tədris işləri üzrə prorek-
tor, 1972-1983-cü illərdə rektor, 1975-
ci ildən Azərbaycan Oftalmoloqları
Elmi Cəmiyyətinin sədri, “Sevil” Qa-
dınlar Məclisi sədrinin müavini, Bakı
şəhər Sanitariya-təmizlik Məsələləri
üzrə Komissiyanın sədri, 1998-2005-
ci illərdə isə Azərbaycan Respubli-
kası Qadın Problemləri üzrə Dövlət
Komitəsinin sədri vəzifələrində çalış-
mışdır.
Tədqiqatı, əsasən, traxoma, gözün
refraksiyası, rəng duyğusu və ona
müxtəlif amillərin təsiri, tor qişa və
görmə siniri xəstəliklərində görmə or-
qanının funksiyasının öyrənilməsinə
həsr olunmuşdur.
150-dən artıq elmi işin, 3 monoqra-
fiya, dərslik və bir neçə dərs vəsaitinin,
ixtira və səmərələşdirici təkliflərin
müəllifidir.
SSRİ Ali Sovetinin (8 və 9-cu ça-
ğırış) və Bakı şəhər Sovetinin deputatı
olmuşdur. Amerika Bioqrafiya İnstitu-
tu tərəfindən “2001-ci ilin qadını” se-
çilmişdir.
Qırmızı Əmək Bayrağı, “Şərəf ni-
şanı”, Azərbaycan Respublikasının
“Şöhrət” ordenləri və medallarla təltif
edilmişdir. Əməkdar elm xadimi adına
layiq görülmüşdür.
Görkəmli oftalmoloq və ictimai xa-
dim Zəhra xanım Quliyeva 2005-ci il
noyabr ayının 28-də 82 yaşında vəfat
etmişdir.
Dostları ilə paylaş: