25
Mədəniyyət.Elm.Maarif
Hacı Zeynalabdin Tağıyev
1823-1924
Y
ANV
AR
Xeyriyyəçi, maarifpərvər və icti-
mai xadim Tağıyev Hacı Zeynalabdin
Tağı oğlu 1823-cü il (bəzi mənbələrdə
1838) yanvar ayının 25-də Bakıda
başmaqçı ailəsində anadan olmuşdur.
Kiçik yaşlarından fəhləlik etmiş, 15
yaşından bənnalığa başlamışdır. 1873-
cü ildə neftçıxarma işinə sərmayə qoy-
muş, sahibkarlıq fəaliyyətinə başlamış-
dır. 1878-ci ildə Tağıyevin mədənində
baş verən neft fontanı onu Bakının
zəngin sahibkarlarından birinə çevir-
mişdir.
70-ci illərin sonunda o, artıq 3
neft zavodunun sahibi idi.
Tağıyev həm neftxuda, həm dəyir-
man sahibi, həm fabrikant, həm böyük
balıq sənayeçisi (bütün Kürətrafı və
Xəzərqırağı vətəgələr onun ixtiyarında
idi), həm də ticarət və yük gəmilərinin
sahibi olmuşdur.
O, müsəlmanların mənafeyi ilə
bağlı ictimai-siyasi məsələlərdə daim
fəallıq göstərmiş, onun vəsaiti hesabına
Ə.Axundzadənin, S.M.Qənizadənin,
N.Nərimanovun və b. kitabları çap
olunmuşdur.
1879-cu ildə Bakıya su kəməri çək-
dirmiş, 1901-ci ildə 325 min manatlıq
vəsait sərf edərək, Bakıda ilk qızlar
məktəbi tikdirmişdir. Bu, bütün Zaqaf-
qaziyada yeganə qız məktəbi idi.
Onun himayə etdiyi, təqaüd verdiyi
şəxslər sonradan öz ölkələrinin, xalq-
larının görkəmli nümayəndələri ol-
muşlar. N.Nərimanov, M.Əzizbəyov,
Ə.Topçubaşov, N.Yusifbəyli, L.Beh-
budov, Q.Qarabəyli, B.Cavanşir,
M.D.Hüseynov, M.H.Vəzirov, Ş.Məm-
mədova və b. H.Z.Tağıyevin köməyi
sayəsində təhsil almışlar.
O, yeni tipli təhsil ocaqlarını ərəb,
fars və türk dillərində kitablarla və
məktəb avadanlığı ilə təmin etmiş, on-
lara nağd pulla yardım göstərmişdir.
H.Z.Tağıyevin bir sıra qəzet və jur-
nalların nəşrində (“Kaspi”, “Həyat”,
“Tazə һəyat”, “Füyuzat” və s.), mədə-
ni-maarif cəmiyyətlərinin təsis edilib
fəaliyyət göstərməsində böyük əməyi
olmuşdur. Onun 1880-ci ildə Bakıda
tikdirdiyi ilk teatr binası xalq arasında
“Tağıyev teatrı” adlanırdı.
Sovet hakimiyyəti qurulduqdan
sonra Tağıyevin bütün müəssisələri
milliləşdirildi. Ona Mərdəkandakı ba-
ğında yaşamağa icazə verildi. N.Nə-
rimanov Azərbaycan sovet höku-
mətinə rəhbərlik etdiyi dövrdə ona
xeyirxah münasibət bəsləmiş, onu
bolşevik hakimiyyətinin təhqiramiz
tədbirlərindən qorumuşdur.
H.Z.Tağıyev 1924-cü il sentyabr
ayının 13-də Mərdəkanda vəfat etmiş,
Axund Əbuturab məqbərəsində dəfn
edilmişdir.
Adına qəsəbə, küçə, məktəb var.
Dostları ilə paylaş: