Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə37/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   33   34   35   36   37   38   39   40   ...   538
Ə d ə b i y y a t

Akademik Mehdi 

Mehdizadə [Mətn]: 

biblioqrafiya /tərt. ed. və 

ön söz. müəl. H.Musayev; 

red. T.İsmixanova, 

F.Abdinzadə; Respublika 

Elmi-Pedaqoji Kitabxa-

nası.- Bakı: Öyrətmən, 

1992.- 60 s. 

Akademik Mehdi 

Mehdizadə ömrünün 

işığı [Mətn]: [akademik 

haqqında xatirələr] /tərt. 

V.Xəlilov, H.Musayev; 

elmi red. Ə.Ağayev.- Bakı: 

Şərq-Qərb, 1998.- 240 s. 

Əliyev, R. Akademik Mehdi 

Mehdizadənin pedaqoji 

fəaliyyəti və pedaqoji 

görüşləri [Mətn]: ped. e. 

n. a. dər. al. üçün təq. ed. 

dis.: 13.00.01 /R.Əliyev; 

Azərb. Resp. Təhsil Nazir-

liyi, Azərb. Resp. Təhsil 

Problemləri İn-tu.- Bakı, 

2006.- 143 s.

İ n t e r n e t d ə

www..anl.az

www.azerbaycanli.org

www.president.az

18

110 

illiyi

Akademik


24

Mədəniyyət.Elm.Maarif

Həmidə xanım Cavanşir-

Məmmədquluzadə 

1873-1955 

Y

ANV

AR

Həmidə xanım  Əhmədbəy qızı 

Cavanşir-Məmmədquluzadə 1873-cü 

il yanvar ayının 19-da Şuşa qəzasının 

Kəhrizli kəndində  zəmanəsinin gör-

kəmli maarifçi ziyalısı, tarixçi Əhməd 

bəyin ocağında dünyaya gəlmişdi. Ailə 

məktəbində təhsil alan Həmidə xanım 

hələ yeniyetmə illərində rus dilini səlis 

qavrayaraq, o dövrün kənd qızları üçün 

səciyyəvi olmayan yüksək intellektə

geniş dünyagörüşünə malik olmuşdu. 

İlk həyat yoldaşı zadəgan nəslindən 

olan podpolkovnik İbrahim bəy Da-

vatdarov cəbhədə  həlak olandan və 

atasını itirəndən sonra Həmidə xanım 

Cavanşir Kəhrizlidə ata mülkünü idarə 

etmişdi. 1905-ci ildə Tiflisdə tanış ol-

duğu Mirzə Cəlil Məmmədquluzadəyə 

iki il sonra ərə gedərkən bu izdivac 

çoxlarına xoş getməmiş, nigah onun 

əsilzadə  nəslinə yaraşdırılmamışdı. 

Lakin Həmidə xanım bütün maneələrə 

cəsarətlə sinə  gərərək, Mirzə  Cəlilə 

vəfalı və fədakar ömür-gün yoldaşı ol-

maqla yanaşı, həm də ustad sənətkarın 

ən yaxın maarifçi silahdaşı, ziyalı 

həmdəmi, “Molla Nəsrəddin”in isə 

xeyirxah himayədarı olmuşdu. Bü-

tün varidatını, sərvətini həyat yol-

daşının yaradıcılığına böyük ürəklə 

sərf edən Həmidə xanım Cavanşir-

Məmmədquluzadə Mirzə Cəlillə 25 il 

ömür sürmüşdür. 

Tək Kəhrizli kəndinin deyil, cümlə 

Qarabağın ona kömək üçün pənah 

gətirən insanlarının  əlindən tutan bu 

xanım həm də o dövrün yardıma ehti-

yacı olan ziyalılarının da problemlərini 

həll etmişdir. Həmidə xanımın 

M.Ə.Sabirə göstərdiyi qayğı haqqın-

da isə Azərbaycan ziyalılığının baş 

tacı olan Üzeyir bəy Hacıbəyli xüsusi 

məqalə yazmışdır. Məqalə bu sözlərlə 

bitirdi: “Qoy ədəbiyyat  tarixinə ya-

zılsın ki, Sabir kimi şairi diriliyində 

təqdir edən bir kişi olmadısa da, bir 

nəfər arvad oldu ki, şairin iadei-səhhəti 

üçün, milyonçu kişilərə  rəğmən, öz 

varından keçəcək qədər böyük bir 

hamiyyət göstərdi”. Bu hadisə Həmidə 

xanım Cavanşir-Məmmədquluzadənin 

vətəndaş ma-hiyyətini, xeyirxah 

əməllərini əks etdirən yüzlərlə faktdan 

yalnız biridir.

Həmidə xanım 1912-ci ildə  Kəh-

rizlidə öz vəsaiti hesabına məktəb aç-

mış və burada dərs demişdir. 

1955-ci il fevral ayının 6-da 

vəfat edən Həmidə xanım Cavanşir-

Məmmədquluzadə  Fəxri Xiyabanda 

Mirzə  Cəlilin məzarı yanında dəfn 

edilmişdir.


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin