23
Mədəniyyət.Elm.Maarif
Mehdi Mehdizadə
1903-1984
Y
ANV
AR
Mehdi Məhəmməd oğlu Mehdizadə
1903-cü il yanvar ayının 18-də Cəbrayıl
rayonunun Daşkəsən kəndində anadan
olmuşdur.
1919-cu ildə Daşkəsən kənd ibti-
dai məktəbini bitirmiş və növbəti ilin
noyabrından Daşkəsən kənd kitabxa-
nasının müdiri kimi əmək fəaliyyətinə
başlamışdır.
1921-ci ildə 6 aylıq pedaqoji kur-
su bitirərək həmin ilin sentyabrından
I dərəcəli Daşkəsən kənd məktəbində
müəllim işləməyə başlamışdır.
1923-cü ildə Azərbaycan Pedaqoji
İnstitutunun yanında hazırlıq kursu-
na, 1924-cü ildə isə institutun fizika-
riyaziyyat fakültəsinə qəbul olmuşdur.
M.Mehdizadə 1926-cı ildə Azər-
baycan Pedaqoji İnstitutunu bitirmiş
və Qaryagin (indiki Füzuli) şəhərində
II dərəcəli məktəbə fizika və riyaziy-
yat müəllimi kimi göndərilmişdir.
Mehdi Mehdizadə 1927-ci ildə
Cəbrayıl qəza Xalq Maarif Şöbəsi ya-
nında metodika bürosunun rəhbəri, 3
il sonra, 1930-cu ilin mart ayından isə
Azərbaycan Xalq Maarif Komissarlı-
ğının İctimai Tərbiyə Baş İdarəsinin
elmi katibi və xalq komissarının birinci
müavini Ayna Sultanovanın köməkçisi
vəzifəsinə təyin edilmişdir.
O, SSRİ Pedaqoji Elmlər Akademi-
yasının həqiqi üzvü (9.31.1967) olub,
uzun illər 1952-1980-ci illər ərzində
– 23 il Azərbaycanın Maarif naziri
vəzifəsində çalışmışdır.
Xidmətlərinə görə SSRİ maarif
əlaçısı (29.04.1959), Lenin ordeni
(1960), 3 dəfə “Qırmız Əmək Bayra-
ğı” ordeni (1966,1971, 1976), “Krups-
kaya medalı” (1973) (böyüməkdə
olan nəslin təlim-tərbiyəsinə görə),
SSRİ Ali Soveti Rəyasət Heyətinin
Fəxri Fərmanı (1980), “Əmək vete-
ranı” medalı (1981) ilə təltif edilmiş,
“Azərbaycan SSR-nin Əməkdar elm
xadimi” (1982) adına layiq görülmüş-
dür.
Bakı şəhərinin mərkəzi küçələrin-
dən biri Mehdi Mehdizadənin adını
daşıyır.
Görkəmli akademik 1984-cü il may
ayının 1-də Bakıda vəfat etmişdir.
Dostları ilə paylaş: