26
370
illiyi
İsaak Nyuton
1643-1727
Y
ANV
AR
İsaak Nyuton 1643-cü il yan-
var ayının 4-də İngiltərənin Qrentem
şəhərciyinin yaxınlığındakı Vulstorp
kəndində dünyaya gəlmişdi.
İsaak Nyuton ingilis riyaziyyatçısı,
mexanik və fiziki, astronom və astro-
loqu, müasir fizikanın banilərindən
biri olmuşdur. O, mexanikanın əsas
qanunlarını formalaşdırmış, bütün
fiziki hadisələrin təsvirinin vahid fi-
ziki proqramını yaratmışdır. Ümüm-
dünya cazibə qüvvəsini kəşf etmiş,
planetlərin Günəş ətrafında və Ayın
Yer ətrafında hərəkətinin, habelə oke-
anlarda qabarma və çəkilmənin izahını
vermişdir. Akustkanın və fiziki opti-
kanın əsasını da bu alim qoymuşdur.
Diferensial və inteqral hesabı Nyuton
işləyib hazırlamışdır. İşıq dispersiyası-
nı, xromatik aberrasiyanı o kəşf etmiş,
interferensiya və difraksiyanı araşdır-
mış, işığın korpuskulyar nəzəriyyəsini
genişləndirmiş, güzgülü teleskop hazır-
lamış, səma mexanikasının əsaslarını
yaratmışdır. Sələflərinin və özünün
mexanika sahəsində tədqiqatlarının
nəticələrini ümumiləşdirərək alim “Na-
tural fəlsəfənin riyazi başlanğıcı” adlı
möhtəşəm əsərini ərsəyə gətirmişdir.
1687-ci ildə nəşr olunmuş bu əsərdə
mexanikanın əsas məfhumları və
prinsipləri üç məşhur qanun - ətalət
qanunu, hərəkətin kəmiyyətinin sərf
edilmiş qüvvəyə proporsionallığı qa-
nunu, təsir və əks-təsir qanunu şəklində
formalaşdırılmışdır. Daha bir kon-
sepsiya onun adı ilə bağlıdır. Nyuton
bu konsepsiyasında Günəş sisteminin
vəhdətdə olmasında israrlı olmuşdu.
O, Günəş sistemini atomun quruluşu-
na oxşadırdı.
Nyutonun elmi işləri öz dövrünün
elmi səviyyəsini xeyli üstələdiyi üçün
müasirləri tərəfindən az anlaşılmış-
dı. O, Allaha dərindən inanır və elmi
tədqiqatların Allahı daha yaxşı dərk
etmək üçün dəyərli vasitə olduğunu
hesab edirdi. İlahiyyat məsələlərinə
dair 40.000 səhifəyə yaxın yazısı olan
Nyuton həyatının əsl mənasını ilahiy-
yat əsərlərində görürdü.
İsaak Nyuton 1727-ci il mart ayının
31-də vəfat etmiş, İngiltərə kralları-
nın, dövlət xadimlərinin dəfn olun-
duğu Vestminster abbatlığında böyük
şərafətlə torpağa tapşırılmışdı.
Dostları ilə paylaş: