291
Milli Qəhrəmanlar
45
illiyi
Cəmil Niftəliyev
1968-1992
OKTY
ABR
Cəmil Səmədxan oğlu Niftəliyev
1968-ci il oktyabr ayının 5-də Yardım-
lı rayonunda anadan olmuşdur. 1975-ci
ildə ailəsi ilə birgə Bakının Lökbatan
qəsəbəsinə köçmüş, burada 233 saylı
məktəbdə təhsil almışdır.
1986-cı il oktyabr ayının 11-də
hərbi xidmətə çağırılmış, Özbəkistanda
snayperlik kursunu bitirdikdən sonra
Əfqanıstan müharibəsinə göndəril-
mişdir. 1989-cu ildə ordudan tərxis
edilmiş Cəmil, Vətənə dönərək Səbail
rayonunda Yanğından Mühafizə
İdarəsinə daxil olmuşdur.
Vətənin dar günlərində Cəmil kö-
nüllü olaraq cəbhəyə göndərilməsini
xahiş etmiş və 10 mart 1992-ci il
tarixindən onun döyüş yolu başlanmış-
dı. O, peşəkar atıcı olduğu üçün erməni
quldurlarını ağır itkilərə məruz qoy-
muşdu. Ağdamda rəşadətlə vuruşan
C.Niftəliyev tezliklə cəbhədə hörmət
qazanmışdı. 1992-ci il mart ayının 29-
da Ağdamın Şelli kəndi uğrunda gedən
döyüşlərdə qəhrəmancasına həlak ol-
muşdur.
Azərbaycan Respublikası Prezi-
dentinin 8 oktyabr 1992-ci il tarixli
264 saylı Fərmanı ilə Niftəliyev Cəmil
Səmədxan oğluna ölümündən sonra
“Azərbaycanın Milli Qəhrəmanı” fəxri
adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər Xiyabanın-
da dəfn edilmişdir.
Qaradağ rayonundakı 233 say-
lı məktəb və Yanğından Mühafizə
İdarəsinin yanğınsöndürən gəmisi
qəhrəmanımızın adını daşıyır.
Dostları ilə paylaş: