295
Siyasət.Hərbi iş
100
illiyi
Əli İbrahimov
1913-1990
OKTY
ABR
Əli İsmayıl oğlu İbrahimov 1913-cü
il oktyabr ayının 1-də Rusiya imperiyası-
nın Çita vilayətinin Ust-Kara kəndində,
kəndli ailəsində anadan olmuşdur.
1929-cu ildə İbrahimovlar ailəsi Ba-
kıya köçmüş, Ə.İbrahimov Bakı me-
xaniki texnikumuna daxil olmuşdur.
1932-ci ildə texnikumu texnik-mexanik
peşəsi ilə bitirən Ə.İbrahimov leytenant
Şmidt (indiki Səttarxan) adına zavodda
əmək fəaliyyətinə başlamışdır.
1932-ci ildə Azərbaycan Sənaye İns-
titutunun mexanika fakültəsinə daxil ol-
muşdur. 1937-ci ildə institutu mühəndis-
mexanik kimi bitirmişdir.
1938-1940-cı illərdə Ə.İbrahimov
sovet ordusunun Sakit okean donan-
masının tərkibində Olqa limanında
qulluq etmişdir. 1941-1943-cü illərdə
Ə.İbrahimov 1 May adına Bakı ma-
şınqayırma zavodunun baş mühəndisi
vəzifəsində, 1943-1945-ci illərdə o, Ki-
rov adına Bakı qazıma dəzgahları zavo-
dunun direktoru olmuşdur.
Ə.İbrahimov 1945-1946-cı illərdə
Bakı Partiya Komitəsi katibinin ma-
şınqayırma sənayesi üzrə müavini ol-
muş, 1946-1948-ci illərdə “Azneftmaş”
trestinə rəhbərlik etmişdir.
1948-1950-ci illərdə Ə.İbrahimov
Azərbaycan KP MK katibinin müavini,
sənaye və nəqliyyat şöbəsinin müdiri ol-
muşdur. O, Azərbaycan MK-da işlədiyi
zaman müəssisələrdə siyasi-kütləvi
işin yüksəldilməsi, istehsalat planları-
nın yerinə yetirilməsi sahəsində xeyli
iş görmüş, yüngül, toxuculuq, yeyinti
nazirliklərinin sənayenin və nəqliyyatın
başqa sahələrinin müəssisələrinin
əksəriyyəti plan tapşırıqlarını vaxtın-
dan əvvəl ödəmişdi. Respublikanın
dəmiryol, su və avtomobil nəqliyyatında
vəziyyətin yaxşılaşdırılması və inki-
şaf etdirilməsi, işgüzar kadrlarla təmin
olunmasında var qüvvəsini sərf etmiş-
dir.
1950-1953-cü illərdə Azərbaycan
Nazirlər Sovetinin Dövlət Plan Komis-
siyasının sədri, 1953-1954-cü illərdə
Respublika Dövlət Plan Komitəsi
sədrinin birinci müavini, 1954-1963-
cü illərdə Azərbaycan SSR Dövlət Plan
Komitəsinin sədri, 1963-1965-ci illərdə
Zaqafqaziya iqtisadi rayonunun Plan
Komissiyasının sədri, 1965-1970-ci
illərdə isə Azərbaycan SSR Nazirlər So-
veti sədrinin birinci müavini vəzifəsində
çalışmışdır.
Azərbaycan KP MK-nın birinci katibi
H.Ə.Əliyevin tövsiyəsi ilə Ə.İbrahimov
1970-1981-ci illərdə Azərbaycan SSR
Nazirlər Sovetinə sədrlik etmiş və SSRİ
Nazirlər Sovetinin üzvü olmuşdur.
Artıq təcrübəli və bacarıqlı təşkilatçı
kimi özünü göstərmiş Ə.İbrahimov
respublikanın bu məsul vəzifəsində
Azərbaycan sənayesinin, iqtisadiyya-
tının, mədəniyyətinin hərtərəfli inkişaf
etməsi işində var qüvvəsi ilə çalışmış,
böyük əmək sərf etmişdir.
Ə.İbrahimov 1981-ci ilin yanvarın-
da öz xahişi ilə İttifaq əhəmiyyətli pen-
siyaya getdiyi üçün Azərbaycan SSR
Nazirlər Soveti sədri vəzifəsindən azad
edilmişdir.
Ə.İbrahimovun əmək fəaliyyəti
dövlət tərəfindən yüksək qiymət-
ləndirilmişdir. O, 3 dəfə “Lenin ordeni”,
3 dəfə “Qırmızı Əmək Bayrağı” ordeni
və müxtəlif medallarla təltif edilmişdir.
Ə.İbrahimov 1990-cı il fevralın 15-də
Bakı şəhərində vəfat etmişdir.
Dostları ilə paylaş: |