294
Milli Qəhrəmanlar
60
illiyi
Koroğlu Rəhimov
1953-1992
OKTY
ABR
Koroğlu İsmayıl oğlu Rəhimov
1953-cü il oktyabr ayının 31-də Oğuz
rayonunda anadan olmuşdur.
1960-cı ildə Yaqublu kənd orta
məktəbinə getmişdir. 1961-ci ildə
ailəsi ilə birlikdə ata-baba yurdları
olan Qərbi Azərbaycanın Zəngibasar
rayonuna köçmüşdür. Burada təhsilini
başa vurduqdan sonra isə 1969-cu ildə
Azərbaycan Neft və Kimya İnstitutu-
na daxil olmuşdur. 1972-ci ildə hərbi
xidmətə çağırılmış, 1974-cü ildə Al-
maniyada hərbi xidmətini başa vurmuş
və yarımçıq qalmış təhsilini tamamla-
mışdır.
Qəlbi Vətən eşqi ilə döyünən Ko-
roğlu, Xocalı faciəsindən sonra könül-
lü olaraq 1992-ci il 17 mart tarixində
Milli Ordu sıralarına yazılmışdı. 1992-
ci il 30 aprel tarixində “N” saylı bölüyə
komandir təyin edilmiş Koroğlunun
şərəfli döyüş yolu başlanmışdı. 13 iyun
1992-ci il tarixində Buzluq, Çartaz,
Erkəç kəndlərinin azad edilməsində bu
bölüyün adı dilləri gəzmişdi. Onlar 15
erməni yaraqlısını məhv edərək xeyli
silah-sursat ələ keçirmişdilər. Koroğ-
lu buradakı döyüşdə dörd “faşisti”
şəxsən özü məhv etmişdi. 14 iyunda
cəsur döyüşçülər Mənəşli kəndini, 15
iyunda Başkəndi erməni işğalçıların-
dan azad etmişdilər. Bu əməliyyatlar
nəticəsində Koroğlunun komandirlik
etdiyi alay erməni qəsbkarlarının on-
larla canlı qüvvəsini məhv etmiş, xeyli
silah-sursat ələ keçirmişdilər. Bölüyün
zəfər yürüşü davam etmiş, Madagiz
və Gülüstan kəndləri də bir-birinin
ardınca qəsbkarlardan təmizlənmişdi.
Koroğlu Goranboy və Ağdərədə
gedən digər qanlı döyüşlərdə də işti-
rak etmişdi. O, 1992-ci il iyul ayının
3-də Ağdərədə gedən qanlı döyüşlərin
birində qəhrəmancasına həlak olmuş-
dur.
Azərbaycan Respublikası Preziden-
tinin 16 sentyabr 1994-cü il tarixli, 203
saylı Fərmanına əsasən Azərbaycan
Respublikasının suverenliyinin və
ərazi bütövlüyünün qorunmasında,
Vətənimizin torpaqlarının erməni iş-
ğalçılarından müdafiə edilməsində
gedən döyüşlərdə qəhrəmanlıqla vu-
ruşaraq göstərdiyi şəxsi igidlik və
şücaətə, öz müqəddəs əsgəri və xidməti
borcunun şərəflə yerinə yetirilməsində
göstərdiyi misilsiz xidmətlərə görə
leytenant Rəhimov Koroğlu İsmayıl
oğlu ölümündən sonra “Azərbaycanın
Milli Qəhrəmanı” adına layiq görül-
müşdür.
Bakının küçələrindən birinə Koroğ-
lu Rəhimovun adı verilmişdir.
2010-cu ildə Mədəniyyət və Tu-
rizm Nazirliyinin “Salnamə” kinos-
tudiyasında istehsal olunan “Qa-
rabağ qəhrəmanları” silsiləsindən
4-cü sənədli film Azərbaycanın Milli
Qəhrəmanı Koroğlu Rəhimova həsr
olunmuşdur. 10 dəqiqəlik sənədli ek-
ran əsəri Koroğlu Rəhimovun keçdiyi
şücaətli döyüş yolunu əks etdirən xro-
niki kadrlar üzərində qurulmuşdur.
Dostları ilə paylaş: