Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə368/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   364   365   366   367   368   369   370   371   ...   538
İ n t e r n e t d ə

www.adam.az

www.anl.az

www.az.wikipedia.org

www.milliqehremanlar.az

9

Milli Qəhrəman


293

Milli Qəhrəmanlar

50 

illiyi

Səfəralı Məmmədov 

1963-1992

OKTY

ABR

Səfəralı Qurban oğlu Məmmədov 

1963-cü il oktyabr ayının 16-da Ma-

sallı rayonunda anadan olmuşdur. 

1981-ci ildə burada məktəbi bitir-

miş  və  hərbi xidmətə çağırılmışdır. 

1983-cü ildə ordudan tərxis edilmiş, 

Krasnodar  şəhərinə  gələrək milis 

sisteminə daxil olmuşdur. 

1990-cı ildə Bakı Xüsusi Orta Milis 

Məktəbinə göndərilmiş və buranı ley-

tenant rütbəsi ilə bitirən Səfəralı Qa-

rabağa getmək istədiyini bildirmişdir. 

Ona Bakıda Hava limanında iş  təklif 

edilsə də, o, inadından dönməmişdir.

Səfəralı  Məmmədov Ağdam rayo-

nunda polis komandiri kimi döyüşlərə 

atılmışdır. Sarışın olması, rus dili-

ni səlis bilməsi ona ermənilər arası-

na təkbaşına getməsinə imkan ver-

miş, Fərruxda, Ağbulaq fermasında, 

Qarakənd kəndində onlarla ermənini 

girov götürmüşdü. 

1992-ci il 16 fevral tarixində 

Səfəralının son döyüşü olmuşdu. Az-

ğınlaşmış erməni dəstələri Xocavənd 

rayonunun Qaradağlı  kəndinə hücum 

etmiş, insanları  vəhşicə  qətlə yetir-

miş, meyitləri silos quyularına atmış-

dılar. Səfəralının başçılıq etdiyi dəstə 

erməni yaraqlılarını  məhv edərək 

irəliləmiş, onun idarə etdiyi maşın 

qumbaraatanla vurulmuş, qəlpələrdən 

bir neçəsi kəmərindəki  əl qumbarası-

na dəydiyindən o, faciəli surətdə həlak 

olmuşdu.


Azərbaycan Respublikası Prezi-

dentinin 6 iyun 1992-ci il tarixli 831 

saylı Fərmanı ilə Məmmədov Səfəralı 

Qurban oğluna ölümündən sonra 

“Azərbaycanın Milli Qəhrəmanı” fəxri 

adı verilmişdir.

Masallı rayonunun Sərçuvar 

kəndində  dəfn edilmişdir. Masallı 

şəhərindəki küçələrdən biri və  təhsil 

aldığı orta məktəb qəhrəmanımızın 

adını daşıyır.


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   364   365   366   367   368   369   370   371   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin