Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə380/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   376   377   378   379   380   381   382   383   ...   538
Ə d ə b i y y a t

Bərk cisimlər nəzəriyyəsi 

[Mətn] /B.Əsgərov.- Bakı: 

Bakı Dövlət Universiteti 

nəşriyyatı, 2001.-153 s.

Termodinamika və statistik 

fizika [Mətn] /B.Əsgərov; 

rəyçi F.Həşimzadə.- Bakı: 

Bakı Universiteti, 2005.- 

625 s.

Thermodynamics, Gibbs 

Method and Statisti-

cal Physics of Electron 

Gases [Text] /B.Askerov, 

S.Figarova.- Springer, 

2010.- 215 p.

İ n t e r n e t d ə

www.anl.az

www.gedebey.net

www.xeber.azeri.net 

www.science.az 

www.tovuz-ih.gov.az 

5

Akademik


302

Riyaziyyat.Fizika.Astronomiya

65 

illiyi

Mahmud Kərimov

1948 

OKTY

ABR

Mahmud Kərim oğlu Kərimov 

1948-ci il oktyabr ayının 18-də İrəvan 

şəhərində anadan olmuşdur. 

1966-1971-ci illərdə Azərbaycan 

Dövlət Universitetinin (indiki BDU)

fizika fakültəsində təhsil almışdır. 

Əmək fəaliyyətinə 1973-1974-cü 

illərdə Azərbaycan Elmlər Akademi-

yasının Fizika institutunda mühəndis 

kimi başlamışdır. 

1975-1978-ci illərdə Azərbaycan 

Elmlər Akademiyasının Radiasiya 

tədqiqatlar sektorunun aspirantı olmuş, 

1978-1980-ci illərdə kiçik elmi işçi, 

1980-1984-cü illərdə elmi katib, 1984-

cü ildən Radiasiya tədqiqatlar sektoru-

nun direktoru vəzifəsində çalışmışdır.

1979-cu ildə 

fizika-riyaziyyat 

elmləri namizədi, 1989-cu ildə Yarım-

keçiricilər və dielektriklər  fizikası ix-

tisası (01.04.10) üzrə fizika-riyaziyyat 

elmləri doktoru elmi dərəcəsi almışdır. 

2000-ci ildən professor, 2001-

ci ildən akademikdir. 2001-ci ildə 

Azərbaycan Milli Elmlər Akademiya-

sının həqiqi üzvü seçilmiş  və  həmin 

ildən Azərbaycan Milli Elmlər Akade-

miyasının prezidentidir.

Şüalanma və elektrik boşalma plaz-

masının  təsirləri ilə oksid dielektrik-

lərdə nöqtəvi deffektlərin yaranma 

mexanizmi və kinetikasını  tədqiq et-

miş, suyun radiasiya və plazma katalik 

parçalanması proseslərində  şüalanma 

enerjisinin kimyəvi enerjiyə çevrilməsi 

və sudan hidrogenin alınması üçün 

səmərəli üsullar təklif etmişdir. 

Mahmud Kərimovun son illərdə 

apardığı  tədqiqatlar nəticəsində mo-

lekulyar yarımkeçiricilərdə paramaq-

nitizm ilə elektrik keçiriciliyinin qar-

şılıqlı  əlaqəsi aşkar edilməsinə  həsr 

olunmuş elektrik keçiriciliyində spin-

maqnit effektləri, maqnitorezonans 

keçiriciliyində isə ifrat incə quruluş 

aşkar edilmişdir.

Azərbaycan Respublikası Prezi-

dentinin 2008-ci il 17 oktyabr tarix-

li Sərəncamı ilə Mahmud Kərimov 

“Şöhrət” ordeni ilə təltif edilmişdir.




Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   376   377   378   379   380   381   382   383   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin