Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə382/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   378   379   380   381   382   383   384   385   ...   538
İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

18

Akademik


303

105


Kimya.Biologiya.Tibb

95 

illiyi

180 

illiyi

Şəfiqə İsmayılzadə

1918-2004

Alfred Nobel

1833-1896

OKTY

ABR

Şəfiqə  İsa qızı  İsmayılzadə 1918-

ci il oktyabr ayının 12-də  Gəncə 

şəhərində anadan olmuşdur. 1939-cu 

ildə N.Nərimanov adına Azərbaycan 

Dövlət Tibb İnstitutunu (indiki 

Azərbaycan Tibb Universiteti) bitir-

miş, 1952-ci ildən Azərbaycan Elmi-

Tədqiqat Oftalmologiya İnstitutunda 

fəaliyyətə başlamışdır. 1952-ci ildə 

tibb elmləri doktoru elmi dərəcəsi 

almışdır. 1958-1989-cu illərdə Azər-

baycan Elmi-Tədqiqat Oftalmologiya 

İnstitutunun Göz zədələnmələri və 

onların prafilaktikası  şöbəsinin müdi-

ri vəzifəsində çalışmışdır. O, müxtəlif 

zədələr nəticəsində baş verən görmə 

üzvünün dəyişiklikləri üzrə, sənaye 

və  kənd təsərrüfatı  şəraitində  əmələ 

gələn gözün peşə patologiyası üzrə 

tədqiqatlara rəhbərlik etmiş, bu mövzu-

larda 70-dən artıq elmi əsərlər yazmış, 

oftalmotravmatoloq kadrlarının hazır-

lanmasında yaxından iştirak etmişdir. 

Onun rəhbərliyi ilə 2 namizədlik dis-

sertasiyası müdafiə olunmuşdur.

Görkəmli oftalmoloq Şəfiqə xanım 

İsmayılzadə 2004-cü ildə vəfat etmiş-

dir.

Alfred Bernhard Nobel 1833-cü il oktyabr 



ayının 21-də  İsveçin paytaxtı Stokholmda dün-

yaya gəlmişdir. 1842-ci ildə ailəsi ilə birlikdə 

Sankt-Peterburqa getmiş, professor N.N.Zinindən 

kimyanı öyrənməyə başlamışdır. 1849-cu ildə 

professor Zininin məsləhəti ilə  təhsilini davam 

etdirmək üçün Alfred, Avropa və Amerikaya get-

mişdir. 2 illik səyahətdən sonra Rusiyaya qayıt-

mış  və çar ordusu üçün silah istehsal edən ailə 

fabriklərini idarə etməyə başlamışdır. 1853-cü ildə 

Krım müharibəsinin başlaması “Nobel” şirkətinin 

çiçəklənməsinə səbəb olmuşdu. Lakin ailə bizne-

sinin iflasa uğramasından sonra atası ilə  İsveçə 

qayıtmış, həyatını partlayıcı maddələrin tədqiqinə 

həsr etmiş, tüstüsüz barıtın, uğultulu-civəli kapsul 

detonatorun, dinamitin ixtiraçısı olmuş və 1868-ci 

ildə ixtirasının patentini almışdır. 1875-ci ildə No-

bel qardaşları Bakıda “Товарищество Бранобель” 

adlı “Nobel Qardaşları”  şirkətini yaratmışdır. Az 

müddətdə Nobel qardaşları Abşeronun bir sıra neft 

mədənlərinin sahibi olmuş, zavodlar almış və xey-

li kapitala yiyələnmişdilər.

O, 1889-cu ildə Ümumdünya konqresində işti-

rak etmişdir.

Lakin Rusiyada proletar inqilabından sonra 

1920-ci ilin aprel ayında bolşeviklər Bakıya da-

xil olmuş və neft sənayesini milliləşdirmişlər. La-

kin Nobellərin milyonları batmamış, pullar xarici 

banklara yatırılmışdı.  İndi həmin pullar “Nobel 

mükafatı” formasında müxtəlif sahədə mühüm 

kəşf və ixtiraları olan alimlərə təqdim olunur. No-

bel mükafatının məbləği təxminən 1 mln. 450 min 

dollara bərabərdir. 

Alfred Nobel az da olsa dramaturq kimi fəaliy-

yət göstərmişdir. Onun yeganə əsəri 4 hissəli  “Ne-

mezida” faciəsidir. Pyesin 1896-cı ildə Parisdə çap 

olunmuş bütün tirajı (3 nüsxədən başqa) Nobelin 

ölümündən sonra məhv edilmişdir. 

Görkəmli ixtiraçı-alim Alfred Nobel 1896-cı il 

dekabr ayının 10-da vəfat etmiş, Stokholmda dəfn 

edilmişdir.




Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   378   379   380   381   382   383   384   385   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin