301
Riyaziyyat.Fizika.Astronomiya
80
illiyi
Bəhram Əsgərov
1933
OKTY
ABR
Bəhram Mehralı oğlu Əsgərov
1933-cü il oktyabr ayının 5-də Tovuz
rayonunun Əhmədabad kəndində ana-
dan olmuş, orta təhsilini Gədəbəy ra-
yonunun Nəriman kəndində almışdır.
О, 1952-ci ildə Azərbaycan Dövlət
Universitetinin (indiki BDU) fizika-
riyaziyyat fakültəsinə daxil olmuşdur.
1957-ci ildə Azərbaycan Elmlər
Akademiyasının Fizika institutunun as-
piranturasına daxil olmuş, 1962-ci ildə
Leninqrad şəhərindəki Yarımkeçiricilər
İnstitutunda namizədlik dissertasiyası
müdafiə etmişdir.
1966-cı ildə Azərbaycan Dövlət
Universitetinin fizika fakültəsinin
Molekulyar fizika kafedrasına dosent
vəzifəsinə seçilmişdir.
Bəhram Əsgərov 1971-ci ildə
fizika-riyaziyyat elmləri doktoru alim-
lik dərəcəsinə yiyələnmiş, 1972-ci
ildə professor adını almışdır. 1974-
cü ildə Yarımkeçiricilərin genetik
əhəmiyyətinə aid “Nauka” nəşriyyatı
tərəfindən çap olunmuş monoqrafiya-
sına görə Azərbaycan Respublikasının
Dövlət mükafatına layiq görülmüşdür.
О, Moskvada dərc olunan bir elmi
məqaləsinə görə isə Kembric şəhərində
yerləşən bioqrafiya mərkəzi tərəfindən
“ХХ əsrin görkəmli alimi” fəxri adına
layiq görülmüşdür.
1993-cü ildə xarici jurnallarda çap
olunan məqalələrinə görə Soros Fon-
dunun qrantını almışdır.
Bəhram Əsgərov 1994-2004-cü
illərdə BDU-nun Elmi işlər üzrə pro-
rektoru işləmişdir.
О, 2001-ci ildə fizika ixtisası üzrə
AMEA-nın müxbir üzvü, 2007-ci ildə
isə AMEA-nın həqiqi üzvü seçilmiş-
dir.
Onun rəhbərliyi altında 10 namizəd-
lik, 4 doktorluq dissertasiyası müdafiə
edilmişdir.
Bəhram Əsgərov 130-dan çox elmi
məqalənin, 4 monoqrafiyanın və 3
dərsliyin müəllifidir.
1974-cü ildə Azərbaycan Respub-
likası Dövlət Mükafatı laureatı olmuş,
2000-ci ildə “Əməkdar elm xadimi”
fəxri adına layiq görülmüş, 2004-cü
ildə isə Azərbaycan Respublikasının
“Şöhrət” ordeni ilə təltif edilmişdir.
Dostları ilə paylaş: