308
Tarixdə bu gün
Ağsu rayonu
1943
OKTY
ABR
Ağsu rayonu 1943-cü il oktyabr
ayının 8-də təşkil edilmişdir. Rayonun
mərkəzi olan Ağsu şəhəri isə 1967-ci ilə
qədər şəhər tipli qəsəbə olmuş, həmin
ildə isə şəhər statusu almışdır. Qərbdən
və şimal-qərbdən İsmayıllı, şimal-
qərbdən və şərqdən Şamaxı, cənubdan
isə Kürdəmir və Hacıqabul rayonla-
rı ilə sərhəddir. Ərazisi 1020 kvadrat
kilometr, əhalisi 69,4 min nəfərdir.
Rayonda 1 şəhər (Ağsu şəhəri), 78
kənd vardır. Bu yaşayış məntəqələri
24 ərazi icra nümayəndəliyini və
32 bələdiyyəni əhatə edir. Ən bö-
yük kəndləri Gəgəli, Kəndoba, Kal-
va, Pirhəsənli, Bico, Cəlayır, Pa-
dar, Ərəbuşağı və Qaraqoyunludur.
Əhalinin ümumi sayının 49,1%-ni
kişilər, 50,9%-ni qadınlar təşkil edir.
Əhalinin 99%-i azərbaycanlılardan,
1%-i ləzgilərdən, türklərdən və s.
ibarətdir. Əhalinin 25,7%-i şəhərdə,
74,3%-i kənd yerlərində yaşayır. Ra-
yonda 2068 nəfər qaçqın və məcburi
köçkün məskunlaşmışdır. Bunlar
Ermənistandan, Özbəkistandan və işğal
olunmuş rayonlarımızdan gələn soy-
daşlarımızdır. Coğrafi mövqeyinə görə
Ağsu rayonu Şirvan düzündə və Böyük
Qafqazın ətəklərində yerləşir. 16 kənd,
3 ərazi dairəsi dağlıq zonadadır. Rayo-
nun ərazisindən 2 çay - Girdiman, Ağ-
suçay və onların qolları - Ağdarçay və
Nazirçay keçir. Qərbdə Kükəş qobusu
(Kür sellər oylağı) və Cavanşir gölü,
cənubda Yuxarı Şirvan kanalı, onun
Ağsu qolu yerləşir. Ağsu rayonu kənd
təsərrüfatı rayonudur. İqtisadiyyatında
heyvandarlıq, taxılçılıq, pambıqçılıq,
meyvə və tərəvəzçilik mühüm yer tutur.
Ərazisinin 75,2%-ni və ya 76742 hek-
tarını kənd təsərrüfatına yararlı torpaq-
lar, bundan 46,3%-ni və ya 35550 hek-
tarını əkin yeri təşkil edir. Ümummilli
liderimiz Heydər Əliyevin təşəbbüsü
və bilavasitə rəhbərliyi altında aparılan
aqrar islahatlar nəticəsində rayonda
43892 nəfər mülkiyyətçi 36184 hek-
tar əkin yeri və çoxillik əkmələr altın-
da olan torpaqları əvəzsiz olaraq pay
kimi almışdır. Rayonda 69 ümumtəhsil
məktəbi, 5 məktəbdənkənar və 8 məktə-
bəqədər müəssisə fəaliyyət göstərir. 6
xəstəxana, 18 ambulator-poliklinika,
22 feldşer-mama məntəqəsi əhaliyə
səhiyyə xidməti göstərir. Rayonda 1
mədəniyyət sarayı, 10 mədəniyyət evi,
47 kitabxana, 1 uşaq musiqi məktəbi
və tarix-diyarşünaslıq muzeyi vardır.
Rayonda ilk dəfə 1954-cü ildə “Yeni
həyat”, 1961-ci ildə rayonlarara-
sı “İrəli” və 1966-cı ildə isə “Birlik”
qəzetləri nəşr edilmişdir. Hazırda ra-
yonda Ağsu rayon İcra Hakimiyyətinin
orqanı olan “Ağsu” qəzeti buraxı-
lır. Qəzet 13 yanvar 2003-cü ildə
Azərbaycan Respublikası Ədliyyə
Nazirliyində qeydiyyatdan keçmiş-
dir. Rayon ərazisindən 55 kilometr
uzunluqda respublika əhəmiyyətli av-
tomobil yolu keçir. 37 km uzunluğu
olan Bakı-Şamaxı-Yevlax yolu ikin-
ci kateqoriya, 18 kilometr uzunluğu
olan Ağsu-Kürdəmir-Bəhrəmtəpə yolu
üçüncü kateqoriyaya aiddir. Ağsuda 19
siyasi partiyanın rayon təşkilatı və 16
ictimai-siyasi təşkilatın (o cümlədən
3 qeyri-hökumət təşkilatının) rayon
şöbəsi fəaliyyət göstərir.
Dostları ilə paylaş: