Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə389/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   385   386   387   388   389   390   391   392   ...   538
Dövlət Müstəqilliyi Günü

1994

OKTY

ABR

Azərbaycan bir əsrdə iki dəfə 

müstəqillik  əldə etmək, özünün su-

veren dövlətini yaratmaq imkanı qa-

zanmışdı. Təəssüf ki, birinci imkan 

xarici müdaxilə, daxili çəkişmələr 

və beynəlxalq təminatın olmaması 

səbəblərindən itirilmişdi. 

1918-ci ildə qurulmuş Azərbaycan 

Xalq Cümhuriyyəti cəmi 23 ay yaşa-

mışdı. İkinci tarixi imkan bir də 70 il 

sonra yetişmiş, Sovet imperiyasının 

dağılması Azərbaycan xalqına öz milli 

müstəqilliyini bərpa etmək imkanı ver-

mişdi. 

1991-ci il oktyabr ayının 18-də 

Azərbaycan Respublikası Ali Soveti-

nin sessiyasında “Azərbaycanın dövlət 

müstəqilliyi haqqında Konstitusiya 

Aktı” qəbul olunmuşdur. Bu mühüm 

tarixi sənədlə xalqımız uzun illərdən 

bəri həsrətində olduğu azadlığına qo-

vuşmuş, bununla da, Azərbaycanın 

tarixində yeni dövrün başlanğıcı qo-

yulmuşdu.

Azərbaycan Respublikasında 1991-

ci il dekabr ayının 29-da ümumxalq 

səsverməsi keçirilmiş, Azərbaycan 

xalqı yekdilliklə respublikanın dövlət 

müstəqilliyinə tərəfdar çıxmışdı.

Müstəqilliyi   elan edilmiş  Azər-

baycan  Respublikası çox mürəkkəb 

tarixi  şəraitdə  fəaliyyət göstərməyə 

başlamışdı. Onun müstəqilliyini dünya 

dövlətləri tanımışdır. Azərbaycan Res-

publikasını ilk olaraq 1991-ci il noyabr 

ayının 9-da Türkiyə Cümhuriyyəti, 

sonra Rumıniya (11 dekabr 1991), Pa-

kistan (13 dekabr 1991), İsveçrə (23 

dekabr 1991), İran (25 dekabr 1991), 

ABŞ (23 yanvar 1992), Rusiya (10 ap-

rel 1992) və b. dövlətlər tanımışdılar.

Azərbaycanın BMT-yə üzv qəbul 

olunması ilə (2 mart 1992) onun 

beynəlxalq aləmdə de-fakto tanınma-

sına başlanmışdı. Lakin müstəqilliyini 

qazandıqdan iki il sonra xalqımız 

yenidən onu itirmək təhlükəsi ilə 

üzləşmişdi. Bir tərəfdən Ermənistan si-

lahlı qüvvələrinin təcavüzü nəticəsində 

geniş miqyas almış Birinci Qarabağ 

müharibəsi, digər tərəfdən dövlət 

rəhbərliyində olan səbatsız, səriştəsiz 

adamların yeritdikləri səhv siyasət 

və daxildə gedən siyasi çəkişmələr, 

separatçılıq hərəkatı müstəqilliyin 

beşiyindəcə boğulması  təhlükəsini 

reallaşdırmışdı. Lakin böyük siyasi 

təcrübəyə malik olan Heydər Əliyevin 

ölkədə hakimiyyətə qayıdışı ilə bu 

təhlükə sovuşmuşdu.

1994-cü ilin 15 oktyabr tarixindən 

etibarən Azərbaycan Respublikası Pre-

zidentinin Fərmanı ilə 18 Oktyabr tari-

xi Dövlət Müstəqilliyi Günü kimi qeyd 

edilir.



Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   385   386   387   388   389   390   391   392   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin